Əməyin mühafizəsinə diqqət yetiriləcək


Baxıldı : 192

Tarix : 2015-01-17 13:05:00


Sahə işçilərinin sağlamlığı bizim üçün hər şeydən daha qiymətlidir. Ona görə də bütün təşkilatlarda əməyin təhlükəsizliyi xidməti öz işini illik, sonradan rüblərə və aylara bölməklə təsdiq olunmuş plan əsasında həyata keçirir.İllik plan təqvim ilinin ilk günündən tərtib olunur, \ Əməyin təhlükəsizliyi üzrə tədbirlər, o cümlədən əmək şəraitinin yaxşılaşdırılması və sağlamlaşdırılması üzrə tədbirlərin planlaşdırılması, müvafiq planların işlənib hazırlanması qaydası\ na müvafiq həyata keçirilir. Əməyin təhlükəsizliyinə nəzarət edən orqanlar tərəfindən yoxlamalar aparılır, müxtəlif tədbirlər həyata keçirilir. İşçilərin öyrədilməsi və kadrların hazırlanması işlərinə Dövlət Neft Şirkətinin (DNŞ) rəhbərliyi tərəfindən lazım olan vəsait ayrılır.2014-cü ildə əməyin mühafizəsi ilə bağlı Respublika Komitəsinin xidmətində olan müəssisələrdə istehsalat sahələrinin, binaların, iş yerlərinin müasir standartların tələblərinə uyğun səviyyədə yenidən qurulması sahəsində böyük işlər görülmüşdür.Konkret olaraq deyək ki, \ Azərikimya\ İstehsalat Birliyində müasir avadanlıqların və mütərəqqi texnologiyaların tətbiqi ilə yanaşı, kimyaçıların iş və məişət şəraitinin yaxşılaşdırılması istiqamətində də mühüm addımlar atılır. Etilen-polietilen zavodunun mühüm əhəmiyyət daşıyan sexlərindən birində-30 saylı məhsulun qəbulu, saxlanılması və hazır məhsulun buraxılması sahəsinin əməkçiləri üçün ikimərtəbəli yeni, müasir standartlara cavab verən inzibati-məişət binası istifadəyə verilmişdir. Binada inzibati otaqlar, geniş yeməkxana, soyunub-geyinmə, isti və soyuq su ilə təmin olunmuş duş otaqları, sanitar qovşağı və digər yardımçı otaqlar var. Birliyin Təmir-Tikinti İdarəsi tərəfindən inşa olunmuş və lazımi avadanlıqlarla təchiz edilmiş yeni inzibati binanın ərazisi abadlaşdırılmış, 100-ə yaxın müxtəlif ağac və bəzək kolları əkilmiş, təhlükəsizlik nişanları və maarifləndirici plakatlarla təmin olunmuşdur. Dəniz platformalarının, demək olar ki, hamısında işçilər üçün nəzərdə tutulmuş yaşayış blokları əsaslı təmir olunmuşdur. \ Əks-Osmos\ qurğularının yaradılması işçilərin suya olan tələbatını fasiləsiz olaraq təmin edir. DNŞ-in quru sahələrində yerləşən idarə və müəssisələrdə işçilərin istifadəsində olan inzibati binalar, məişət köşkləri əsaslı təmir olunmuşdur. İşçilərə fərdi mühafizə vasitələri və xüsusi geyimlər vaxtlı-vaxtında verilir. Onlar mütəmadi olaraq dövri tibbi müayinədən keçir, süd və süd məhsulları ilə təmin edilirlər. Bütün bu şəraitin yaradılmasında HİK-in əməyi və xidməti danılmazdır.RK-nın Əməyin Mühafizəsi Şöbəsi vaxtaşırı müəssisə və təşkilatlarda təhlükəsiz əmək şəraitinin yaradılması və əməyin təhlükəsizliyi vəziyyətinin öyrənilməsi ilə əlaqədar keçirilən kompleks yoxlamalarda iştirak edir. Məsələn, onların iştirakı ilə \ Azneft\ İB-nin \ 28 May\ NQÇİ-nin \ Günəşli\ yatağındakı Dərin Dəniz Özüllərində və \ Çilov\ adasında yerləşən istehsalat sahələrində, \ Azneft\ İB-nin N.Nərimanov adına NQÇİ-də \ Ə.Əmirov\ adına NQÇİ-də və sair idarələrdə yoxlamalar aparılmışdır.Həmkarlar ittifaqı təşkilatlarının təşkilatçılığı ilə \ Siyəzənneft\ NQÇİ-də, Şəmkir rayonu QİS-də, Şamaxı rayonunda müxtəlif mövzularda seminar-müşavirələr keçirilmişdir.Sahə Hİ Respublika Komitəsi əməyin mühafizəsinə 2015-ci ildə də prioritet vəzifəsi kimi diqqət yetirəcək.Fətulla MUSTAFAYEV,Neft və Qaz Sənayesi İşçiləri Hİ RK-nın sədr müavini