Məzuniyy


Baxıldı : 385

Tarix : 2015-11-13 03:21:00


Məzuniyyətə çıxarkən məzuniyyət müddətimin qurtardığı gündən əmək müqaviləsinə xitam verilməsi ilə bağlı işəgötürənə ərizə vermişəm. İndi ərizəmi geri götürmək istəyirəm. Bu, mümkündürmü? İşəgötürən məni əmək müqaviləsinin ləğv edilməsinə məcbur edə bilərmi?Sahib NAĞIYEV,Bakı şəhəri.-Əmək müqaviləsinin işçi tərəfindən ləğv edilməsi qaydası Əmək Məcəlləsinin 69-cu maddəsi ilə müəyyən edilir. Sizi maraqlandıran məsələ isə həmin maddənin 6-7-ci hissəsində qeyd edilmişdir. Qanunvericiliyə əsasən, işçi məzuniyyət hüququndan istifadə etməklə ona müvafiq iş ilinə görə məzuniyyətin verilməsi və məzuniyyət müddətinin qurtardığı gündən əmək müqaviləsinin ləğv edilməsi xahişi ilə işəgötürənə ərizə verə bilər. İşçi məzuniyyət müddəti bitənədək yenə də müəyyən edilmiş qaydada əmək müqaviləsinin ləğv edilməsi barədə ərizəsini geri götürə və ya onu etibarsız hesab etmək barədə işəgötürənə yazılı müraciət edə bilər. Bu halda işçinin xahişi təmin edilməlidir. İşəgötürən tərəfindən zor işlədilərək, hədə-qorxu gələrək, yaxud hər hansı başqa üsulla işçinin iradəsinin əleyhinə əmək müqaviləsini ləğv etməyə onu məcbur etmək qadağandır.25 il Daxili İşlər orqanlarında işləmişəm. Oradan əmək pensiyasına çıxmışam. 2007-ci ilin iyul ayından xidmət müəssisiələrinin birində işə girmişəm və maaş alıram. Aldığım maaşın müəyyən faizini idarə Dövlət Sosial Müdafiə Fonduna hər ay köçürür.Bilmək istəyirəm, hazırda işlədiyim yerdən işdən çıxsam, Dövlət Sosial Müdafiə Fonduna köçürülən pul aldığım pensiyaya əlavə olunacaqmı?Əfrəddin ŞAHMAROV,Lerik şəhəri.-Sualınızı \ Əmək pensiyaları haqqında\ qanunla cavablandırırıq. Qanunun 37.3.1. maddəsinə görə, yaşa görə əmək pensiyasının baza və pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissəsi üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında göstərilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır.Lakin bu hesablama bəzi kateqoriyadan olan əmək pensiyaçılarına aid deyil. Belə ki, elə həmin Qanunun 29.3-cü (Əmək pensiyalarının artırılması və indeksləşdirilməsi) maddəsində deyilir ki, Qanunun 20.1.1-20.1.21-ci maddələrində nəzərdə tutulmuş şəxslərin (Siz də həmin kateqoriyaya aidsiniz) əmək pensiyasının baza hissəsi artırıldıqda və ya sığorta hissəsi indeksləşdirildikdə, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır.İşlədiyiniz yerdən işdən çıxaraq işləməyən əmək pensiyaçısı kateqoriyasına keçsəniz də, pensiyanız toplanan pensiya kapitalı hesabına artmayacaq. Sizin pensiyanız ancaq Daxili İşlər orqanları işçilərinin əməkhaqları artanda artacaq.Nümunəvi işçilər müəssisə rəhbərliyi tərəfindən hansı həvəsləndirici vasitələrlə mükafatlandırıla bilər?Sənubər VƏLİYEVA,Şirvan şəhəri.- Əmək Məcəlləsində əmək və icra intizamında fərqlənmiş işçilərin mükafatlandırılması nəzərdə tutulmuşdur. Məcəllənin 185-ci maddəsinə görə, əmək funksiyasının yüksək peşəkarlıq səviyyəsində yerinə yetirilməsində, müəssisədaxili intizam qaydalarına əməl edilməsində fərqlənmiş işçilər işəgötürən tərəfindən pul və ya qiymətli əşyalar hədiyyə edilməklə, əlavə məzuniyyət verilməklə, əməkhaqqına fərdi əlavə edilməklə, daha yüksək məbləğdə fərdi sığorta edilməklə, sanatoriya-kurort müalicəsi, turist səfərləri yollayışının haqqı ödənilməklə, müəyyən edilmiş qaydada dövlət təltifinə təqdim olunmaq barədə vəsatət qaldırmaqla və digər həvəsləndirmə vasitələri ilə mükafatlandırıla bilərlər.Onu da qeyd etmək lazımdır ki, müəssisədə bağlanmış kollektiv müqavilədə fərqli həvəsləndimə tədbirləri də nəzərdə tutula bilər.2003-cü ildə Şuşa qaçqını ilə ailə qurmuşdum. Həmin nikahdan iki övladım var. Qızılqum” sanatoriyasının binasında məskunlaşmışdıq. 2011-ci ildə nikahımız pozuldu və həyat yoldaşım məni və uşaqlarımı məskunlaşdığımız evdən uzaqlaşdırdı. O vaxtdan uşaqlarımla birlikdə kirayədə yaşayıram. Qaçqınlara verilən heç bir imtiyazdan istifadə etmirik. Mənim və uşaqlarımın həmin imtiyazlardan istifadə etmək hüququmuz varmı?Röya BAĞIROVA,Bakı şəhəri.- Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” qanunun 1-ci maddəsində məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) məfhumunun anlayışı verilib. Həmin maddəyə görə, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxs) dedikdə Azərbaycan Respublikası ərazisində hərbi təcavüz, təbii və texnogen fəlakət nəticəsində daimi yaşayış yerini tərk etməyə məcbur olub başqa yerə köçmüş şəxs başa düşülməlidir. Şuşa şəhəri Azərbaycan Respublikasının ərazisi olduğuna görə, Sizin keçmiş həyat yoldaşınız məcburi köçkün hesab edilir, əgər o, Şuşa şəhərinə Ermənistandan qaçqın düşməyibsə.Məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi haqqında\ Azərbaycan Respublikasının Qanununda məcburi köçkünlərin və onlara bərabər tutulan şəxslərin sosial müdafiəsi tədbirləri və güzəştlər nəzərdə tutulub.Məcburi köçkünlər üçün müəyyən edilmiş güzəştlərdən istifadə etmək hüququna \ məcburi köçkün\ statusu olan və ona bu statusu təsdiq edən vəsiqə verilmiş şəxslər malikdir.Azərbaycan Respublikasında məcburi köçkünlərə (ölkə daxilində köçürülmüş şəxslərə) məcburi köçkün\ statusu və onu təsdiq edən vəsiqənin verilməsinə dair qaydalar\ ın 4.2., 4.2.3. maddəsinə əsasən məcburi köçkün\ statusu olmayıb, məcburi köçkün\ şəxslə (kişi və ya qadın ) nikaha daxil olan şəxslərə məcburi köçkün\ statusu və onu təsdiq edən vəsiqə verilmir. Ona görə də Sizin bu güzəştlərdən istifadə etmək hüququnuz yoxdur.Həmin Qaydaların 4.1. və 4.1.6. maddələrinə əsasən valideynlərindən hər ikisi məcburi köçkün\ statusuna malik olan və Azərbaycan Respublikasının şəxsiyyət vəsiqəsini almış uşaqlara məcburi köçkün\ statusu və onu təsdiq edən vəsiqə verilir. Amma valideynlərindən biri məcburi köçkün\ statusuna malik olan uşaqlar barəsində Qaydalarda heç bir müddəa nəzərdə tutulmayıb. Odur ki, bu məsələni aydınlaşdırmaq üçün Sizin Şuşa Rayon İcra Hakimiyyətinə müraciət etməyiniz lazımdır.Zavodda mühəndis işləyirəm. Əmək intizamını pozduğum (işə gecikdiyim) üçün mənə xeyli gec - məzuniyyətdə olduğum zaman direktorun əmri ilə töhmət veriblər. İki aydan sonra isə direktor müavininin əmri ilə həmin məsələyə görə əməkhaqqımın yarısını tutublar. Bu, düzgündürmü? Bir xətaya görə həm töhmət, həm də əməkhaqqından tutulma ola bilərmi?Şəmil ƏLİYEV,Daşkəsən rayonu.- Məlumunuz olsun ki, Əmək Məcəlləsi ilə intizam tənbehinin verilməsi qaydaları və şərtləri müəyyən edilmişdir. Bu şərtlərə əsasən, bir intizam xətasına görə yalnız bir intizam tənbehi verilir. İşə gecikmək də intizam xətası sayılır. Bir dəfə törədilən bir intizam xətasına görə eyni zamanda bir neçə intizam tənbehi verilə bilməz.İntizam tənbehi işçiyə işdə olduğu iş günü ərzində verilə bilər. Məzuniyyətdə olduğu müddət ərzində işçiyə intizam tənbehi verilə bilməz.İntizam tənbehi işçi tərəfindən əmək və ya icra intizamının pozulduğu aşkar edildiyi gündən bir ay keçənədək verilə bilər. İşçinin xəstə olduğu, yaxud məzuniyyətdə, ezamiyyətdə olduğu vaxt həmin müddətə daxil edilmir.Zavodun bütün rəhbərliyinin intizam tənbehi vermək səlahiyyəti yoxdur. Qanunvericiliyə əsasən, yalnız işçi ilə əmək müqaviləsi bağlamaq, onun şərtlərini dəyişdirmək və ona xitam vermək səlahiyyətinə malik olan işəgötürən tərəfindən intizam tənbehi verilə bilər. Əgər zavodun nizamnaməsi yol verirsə, zavod direktoru işçilərə intizam tənbehi vermək səlahiyyətini əmri ilə özünün müavinlərindən birinə həvalə edə bilər.Başqa vəzifəli şəxslərin işçilərə intizam tənbehi verməyə ixtiyarı yoxdur. Əgər bu qaydaların əksinə olaraq işçiyə intizam tənbehi belə tənbehi vermək səlahiyyəti olmayan vəzifəli şəxs tərəfindən verilirsə, onun əmri hüquqi qüvvəsi olmayan puç (əhəmiyyətsiz) əmr hesab edilir.Onu da qeyd etmək lazımdır ki, intizam tənbehi verilməmişdən əvvəl Sizdən yazılı izahat alınmalı idi.Əmək intizamını pozmağa görə intizam xətasının törədildiyi gündən altı ay keçdikdən sonra işçiyə intizam tənbehi verilə bilməz. Əmək qanunvericiliyində əmək intizamını pozduğuna görə işçidən əməkhaqqının yarısının tutulması kimi tənbeh tədbiri nəzərdə tutulmayıb. Məcəllənin 186-cı maddəsinin \ c\ bəndinə əsasən, kollektiv müqavilələrdə nəzərdə tutulmuşdursa, aylıq əməkhaqqının 1/4-i məbləğindən çox olmamaq şərtilə, işçini cərimə etmək müəyyənləşdirilmişdir. Qanunverici bunu kollektiv müqavilədə nəzərdə tutulmasından asılı edib, əgər kollektiv müqavilədə nəzərdə tutulmayıbsa, işəgötürənin belə bir cərimə etməyə ixtiyarı yoxdur.Bunlardan başqa qeyd etmək lazımdır ki, intizam tənbehi işəgötürənin əmri (sərəncamı, qərarı) ilə verilir. İşçi həmin əmrlə (sərəncamla, qərarla) tanış edilməli və onun tələbi ilə əmrin surəti ona təqdim olunmalıdır. Yuxarıda qeyd edilənlərə əsasən, Sizə intizam tənbehləri düzgün tətbiq edilməyib.