Mağazalar arasında rəqabət olmalıdır


Baxıldı : 220

Tarix : 2016-03-11 05:09:00


8 Mart - Beynəlxalq Qadınlar Gününün ardınca, növbəti əlamətdar bayramı - Novruzu qarşılamağa hazırlaşırıq. Təbii ki, bayram günlərində insanların ən çox üz tutduqları məkanlardan biri də alış-veriş mərkəzləridir. Məlumdur ki, daha çox alıcı cəlb etmək məqsədilə ticarət subyektləri xüsusən bayram günlərində və mövsümün dəyişməsi ilə əlaqədar malların qiymətlərində endirimlər tətbiq edirlər. Bu barədə məlumatların istehlakçılara çatdırılması üçün əsasən mağazaların pəncərələrində, vitrinlərində və fasadlarında yayımlanan reklamlardan istifadə olunur.Bəzi hallarda təsərrüfat subyektləri tərəfindən aparılan endirim kampaniyaları saxta xarakter daşıyır. Belə ki, istehlakçıların cəlb edilməsi məqsədilə qeyri-dəqiq reklamlar yerləşdirilir. Bununla da ticarət subyektləri istehlakçıların seçim sərbəstliyinə təsir göstərən qanunsuz reklam üsullarından istifadə etməklə istehlakçıları aldadırlar.Mövzu ilə bağlı iqtisadçı-ekspert Samir Əliyevin fikirlərini öyrəndik. Ekspert bildirdi ki, mağazalarda qeyd olunan endirimlər, hələ ki, əhalinin etibarını qazana bilməyib: \ Mövsümlə bağlı endirimlərə dünyanın, demək olar ki, bütün ölkələrində rast gəlmək olar. Bu endirimlər müştəriləri kifayət qədər mağazaya cəlb edir və bəzən insanlar ilboyu alış-verişlərini belə endirim mövsümünə saxlayırlar. Çünki onlar endirim adı altında aldıqları məhsulun keyfiyyətinə və qiymətinə əmin olurlar. Belə ki, mağaza sahibləri əllərində qalan məhsulları növbəti mövsümə keçirməmək və müştəri cəlb etmək üçün qaneedici təkliflər irəli sürürlər. Nəticə isə həm müştərini, həm də sahibkarı qane edir.Təəssüf ki, Azərbaycanda endirimlər edən mağazaların heç də hamısı haqqında bunu demək mümkün deyil. Vitrinlərə iri hərflərlə yazılan endirimlər adətən müştərilərin aldadılması yolu ilə sahibkarın qazanc əldə etməsinə xidmət edir\ .Ekspertin fikrincə, bu cür \ yalançı endirimlər\ in yaranma səbəbi mağazalarda rəqabətin olmaması ilə bağlıdır: \ Bizdə dükanlar arasında sərt rəqabət yoxdur. Qiymətlərin artdığı bir vaxtda əhalinin alıcılıq qabiliyyəti aşağı düşüb və satış azalıb. Belə bir vəziyyətdə mağazalar, yəqin ki, rəqabət aparmaq üçün real bir addımlar atmaq məcburiyyətindədirlər\ . Bu məsələyə hüquqi tərəfdən toxunan S.Əliyev bildirdi ki, bu, hüquq pozuntusudur və istehlakçını aldatmaq deməkdir. Bunun üçün də \ İstehlakçıların hüquqlarının qorunması haqqında\ qanun var və bu qanuna əsasən, heç bir halda istehlakçılar aldadıla bilməz: \ Bu məsələdə həm ictimai, həm də dövlət nəzarətinin olması vacibdir. İstehlakçıların hüquqlarını müdafiə edən ictimai təşkilatlar var ki, bu tipli halları aşkar edir və bunu ictimailəşdirir, həm mətbuata, həm də dövlət qurumlarının diqqətinə çatdırır. Misal olaraq, İqtisadiyyat Nazirliyinin nəzdində Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti var. Bu qurum belə hallara nəzarət edir.Aliyə SƏMƏDOVA