Maarifləndirmə işinə üstünlük veririk


Baxıldı : 147

Tarix : 2015-01-31 04:33:00


Müəssisə və idarələrdə əməyin tələb olunan səviyyədə təşkili işəgötürənlərlə bərabər ona ictimai nəzarəti həyata keçirən ilk həmkarlar ittifaqı liderlərinin, fəallarının qanunlara, normativ aktlara bələdliyi səviyyəsindən də asılıdır. Xidmətimizdə olan müəssisələrin ilk həmkarlar ittifaqlarının əməyin mühafizəsinə nəzarət missiyasına tələblərə uyğun yerinə yetirmələrini təmin etməkdən ötrü maarifləndirmə işinə üstünlük veririk. Bu məqsədlə yerlərdə tematik zona seminarları, yığıncaqları, dəyirmi masalar təşkil olunur. sahə Hİ Respublika Komitəsi ilk təşkilat nümayəndələrinin iştirakı ilə Ümumdünya Əməyin Mühafizəsi Gününü (28 Aprel) və Ümumdünya Layiqli Əmək Gününü (7 Oktyabr) qeyd edir.Fəaliyyətimizdə əmək şəraitinin yaxşılaşdırılması və təhlükəsiz əmək uğrunda keçirilən baxış-müsabiqələri xüsusi yer tutur. AHİK-in keçirdiyi \ Mənim həyatım, mənim işim, mənim təhlükəsiz əməyim\ , \ Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə ilin ən yaxşı müəssisəsi (təşkilatı)\ baxış-müsabiqələrində Respublika Komitəsinin üzv müəssisə və təşkilatları da iştirak edirlər.Respublika baxış-müsabiqəsinin nəticələrinə görə, 2013-cü ildə \ Azəri Yod-Brom\ Zavodu, \ Azərtunel\ MMC ən yaxşı göstəricilərə nail olduqlarına görə AHİK-in diplom və qiymətli hədiyyələri ilə mükafatlandırılmışdır.Bütün bunlar işçilərin əmək və sağlamlığının mühafizəsini, onların əmək və məişət şəraitinin yaxşılaşdırılması problemlərinin həmkarlar ittifaqı orqanları tərəfindən daima diqqət mərkəzində olduğunu göstərir.Hər il Respublika Komitəsinin əmək müfəttişliyi və komissiyaları üzv müəssisə və təşkilatlarda təhqiqat aparır. Yoxlama zamanı əməyin mühafizəsi üzrə aşkara çıxarılmış pozuntular barədə işəgötürənə təqdimatlar verilir. Təqdimatların icrası həmkarlar ittifaqı tərəfindən nəzarətdə saxlanılır. Nəticələr Respublika Komitəsinin Rəyasət Heyətində müzakirəyə çıxarılır.Etiraf edim ki, heç də biz bütün üzv təşkilatlarda əməyin layiqli mühafizəsinə nail ola bilmirik. Elə müəssisələr var ki, zərərçəkənlərə konpensasiyanı ödəməmək naminə bədbəxt hadisələri gizlədirlər. Gizlədə bilmədikləri bəxbəxt hadisələrə görə zərərçəkənə veriləcək müavinətləri aylarla uzadanlar da olur. Biz belələrinə qarşı mübarizəni bundan sonra da davam etdirəcəyik.Mehman FƏRZƏLİYEV,Sahibkarlıq, Özəl və Elm Müəssisələri İşçiləri HİRK-in sədr müavini