Maarifləndirici tədbir


Baxıldı : 32

Tarix : 2017-12-15 22:06:09


Dekabrın 8-də Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında (AƏSMA) "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" mövzusunda məlumatlandırıcı tədbir keçirilib.

Akademiyanın tədris işləri üzrə prorektoru, dosent Sirac Məmmədov bu sənədin ölkəmiz üçün əhəmiyyətini qeyd edib. Deyib ki, açıq hökumət prinsiplərinin genişlənməsi və korrupsiyanın qarşısının alınması, eləcə də vətəndaş cəmiyyəti institutlarının fəaliyyətinin və ictimai nəzarətin gücəndirilməsi nəticəsində böyük uğurlar əldə olunub.

AƏSMA-nın əməkdaşı Mahmud Mahmudov Milli Fəaliyyət Planından irəli gələn vəzifələrlə bağlı ölkəmizdə görülən işlər barədə məlumat verib, tələbələrə maarifləndirici bukletlər paylanıb.

Qeyd edək ki, "Açıq hökumətin təşviqinə dair 2016-2018-ci illər üçün Milli Fəaliyyət Planı" Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2016-cı il aprel ayının 27-də təsdiqlənib. Plan 11 istiqamət üzrə qruplaşdırılmış 58 tədbiri əhatə edir.