Maaş artımı tələbi ilə tətil


Baxıldı : 240

Tarix : 2018-03-09 23:22:55


Estoniyada fəaliyyət göstərən Finlandiyaya məxsus “Rakvere” Ət Emalı Zavodunun işçiləri bir aya yaxındır ki, tətil elan edib. Estoniya Həmkarlar İttifaqları Konfederasiyasından verilən məlumatda səbəb kimi, çalışanların   maaşlarının artırılması tələbi qoyulub.  Bu müddət ərzində aparılan danışıqlar heç bir nəticə vermədiyindən şirkətin Finlandiyadakı rəhbərliyi də  müzakirələrə cəlb olunub. Zavodda ilk tətil  ötən ilin sonlarında baş tutub. Rəhbərliyin bu səbəbə görə 3 işçisini işdən qovması ilə tətil kütləvi hal alıb. Bu müddət ərzində əməkhaqqının yüksəldilməsi ilə bağlı tələblər cavablandırılmayıb. İşçilər maaşların fevralın 1-dən 16 faiz artırılmasını, iyulun 1-dən isə ikinci dəfə 16 faizlik artım tələb edirlər. Bu hesabla  işçilərin bir saatlıq orta əməkhaqqı 4,34 avro iyul ayından isə 5,03 avro olmalıdır.

Qeyd edək ki, müxtəlif heyvanların ətlərinin emalı ilə məşğul olan şirkətin illik gəliri 1,8 milyard olsa da, ötən il 18 milyon zərərə uğrayıb.