Maaş və iş sistemindəki çatışmazlıqlar araşdırılırdırılır


Baxıldı : 80

Tarix : 2017-04-21 23:33:42


"Forbes" jurnalı bütün dünyada yaşayan milyarderlərin siyahısını açıqlayıb. Hər il daha da genişlənən siyahıda Avropa Birliyinə daxil olan ölkələrdən 445 milyarderin adı var ki, onların ümumilikdə sərvəti 1,3 trilyon avrodan çoxdur.

Avropa Həmkarlar İttifaqları Konfederasiyasından (AHİK) siyahının yayımlanmasının yoxsulluq səviyyəsində yaşayan 30 milyon avropalının sosial vəziyyətinə diqqət yetirmək üçün bir fürsət olduğu bildirilib. Nəzərə çatdırılıb ki, fərqli yaş qruplarına daxil olan bu insanlar müxtəlif sənaye sektorlarında çalışaraq minimum əməkhaqqı alan və təhlükəli iş şəraitində işləməyə məcbur edilən, bəziləri hətta istismara məruz qalan işçilərdir. 

AHİK-in konfederal katibi Ester Lunch bildirib ki, başlatdığımız "Avropada maaş artımına ehtiyac hiss edilir" kampaniyası çərçivəsində “Forbes” jurnalında adları keçən sahibkarların aylıq qazanclarının müqabilində onların şirkətlərində çalışanların maaş və iş sistemindəki çatışmazlıqlar araşdırılır: "Maaşların ədalətlə bölgüsü və şəffaflığın təmin olunmasının zamanı gəlib çatıb. 18 aydır davam edən kampaniyanın məqsədi Avropada maaşların geniştərkibli artımını təşviq etməkdir. Bu artıma kollektiv müqavilələr bağlayaraq nail ola bilərik".

 

Cavid SƏFƏROV