“Maaşların təyinatında ayrı-seçkilik müşahidə olunmaqdadır”


Baxıldı : 51

Tarix : 2018-02-03 22:31:19


Bərabər Pay Beynəlxalq Koalisiyası Latın Amerikası və Karib dənizi adalarında çalışanlar arasında gender bərabərliyinin təşviqi ilə bağlı Panamada konfrans keçirib. Toplantıda çıxış edən Panamanın Prezidenti Xuan Karlos Varela koalisiyanın vəzifəsini və izlədiyi siyasəti yüksək qiymətləndirib. O qeyd edib ki,  əmək sektorunda gender bərabərliyinə nail olmaq və çalışan  qadınların maaşlarının kişi işçilərlə eyniləşməsi üçün qanun çərçivəsində müxtəlif yollara baş vuraraq  bu yöndəki statistikanı minimuma endirməliyik.

Toplantıda çıxış edən Beynəlxalq Əmək Təşkilatının Latın Amerikası üzrə  direktoru Joze Manuel Salazar qeyd etdi ki, son illərdə bölgədə gender bərabərliyi ilə əlaqədar aparılan kampaniyalara rəğmən hələ də maaşların təyinatında ayrı-seçkilik müşahidə olunmaqdadır: “Statistik göstəricilərə əsasən, bu rəqəm 2015-ci ildə 6 faiz təşkil edirdisə, hazırda 15 faizə yüksəlib. Bu fərqin aradan qaldırılması və qadınların əməkhaqqının artırılması üçün beynəlxalq və regional təşkilatlarla, hökumət nümayəndələri və işəgötürən qurumlarla birgə fəaliyyətimizi davam etdirəcəyik.

 Cavid SƏFƏROV