Maaşlarının artırılmasını tələb edirlər


Baxıldı : 39

Tarix : 2019-11-25 05:04:31


Latviya  Seyminin qarşısında səhiyyənin kifayət qədər maliyyələşdirilməməsinə etiraz əlaməti olaraq tibb işçiləri toplaşıblar. Etiraza səbəb gələn ilin büdcəsində əməkhaqqının gözlənilən artımının təmin edilməsi üçün əlavə vəsaitin olmamasıdır.

Piketdən bir neçə gün əvvəl mediada bəzi həkimlərin bir neçə klinikada işləyərək on minlərlə avro qazandıqları barədə yazılar dərc olunmuşdu.

Latviyada Qərb ölkələrinin standartları ilə yaxşı pul qazanan həkimlər kateqoriyası var. Ancaq ümumilikdə səhiyyədə əməkhaqqı ilə bağlı vəziyyət acınacaqlıdır.

Əgər Latviyada bir tibb işçisi saatda orta hesabla 8,5 avro alırsa, Norveçdə eyni əməyə görə ödəniş saatda 51,2 avrodur. Fərq 6 dəfədir. Avropa Birliyi (AB) ölkələrində bu göstərici orta hesabla saatda 27,1 avrodur.

Bundan əlavə, demək olar ki, bütün AB ölkələrində səhiyyəyə ayrılan vəsaitin həcmi ÜDM-də 5 faizə yaxınlaşır. Latviyada bu göstərici ən aşağı səviyyədədir və ÜDM-in təxminən 3,5% -ni təşkil edir.