Maliyyə amnistiyası tətbiq edilməyəcək


Baxıldı : 222

Tarix : 2015-10-09 02:43:00


Bir çox ölkələr son illərdə maliyyə nəzarətinin artırılması və əldə olunan gəlirlərin açıqlanması məqsədilə maliyyə amnistiyasını tətbiq edir. Azərbaycan hökuməti də bu məsələyə xüsusi önəm verir və bir neçə il əvvəl qüvvəyə minmiş \ Vəzifəli şəxslərin maliyyə xarakterli bəyannamələrinin təqdim edilməsi haqqında\ qanunda maliyyə amnistiyası məsələsi öz əksini tapıb. Maliyyə amnistiyası dünya ölkələrinin bəzilərində adətən iqtisadiyyatın maliyyə çatışmazlığı ilə üzləşdiyi dövrlərdə atdığı addımdır. Bu addımı isə əsasən yeni bazar iqtisadiyyatına keçən ölkələr atır. Prosesin mahiyyəti ondan ibarətdir ki, dövlət vətəndaşlardan əldə etdikləri gəlirin mənbəyini soruşmur. Dövlətlərin bu vasitəyə əl atmasının məqsədi öz vətəndaşlarının xaricdə, ofşor zonalarda olan kapitalını ölkəyə gətirməsinə, ölkədə olan pulun isə xaricə çıxarılmasının qarşısını almağa nail olmaqdır. Məsələn, qonşu Rusiya maliyyə amnistiyasına qərar verib. Maliyyə naziri Samir Şərifov bildirib ki, bu təcrübənin ölkəmizdə işləyəcəyinə şübhə ilə yanaşır. O inanmır ki, Azərbaycanda kimsə öz qeyri-leqal pullarını göstərsin. Nazirin sözlərinə görə, Azərbaycan bir il bundan əvvəl çirkli pulların yuyulmasına qarşı mübarizəyə dair beynəlxaq konvensiyaya qoşulub. Konvensiyanın tələblərinə uyğun olaraq da bir çox öhdəliklər üzərinə götürüb.ELBRUS