Maliyyə ayrılmaması ixtisarlara səbəb olacaq


Baxıldı : 232

Tarix : 2015-01-17 13:22:00


Polşada mədən işçilərinin hökumətin ən böyük kömür hasilatçısının istehsalının bir hissəsinin ləğv edilməsi qərarına etiraz olaraq keçirdikləri tətilin miqyası genişlənib. Ölkənin ən böyük həmkarlar ittifaqları liderləri qərarın dəyişilməyəcəyi təqdirdə digər sənaye sahələrinin nümayəndələrinin də aksiyaya qatılacağını bildiriblər.Ölkənin kömür sənayesi paytaxtı olan Katovitse şəhərində mədənçilər etiraz edərək şüarlarla və həmkarlar ittifaqlarının bayraqları ilə dəmir yollarını bağlayıblar.Qeyd edək ki, yanvarın 7-də Polşa hökuməti kömür hasilatına dövlət büdcəsindən maliyyə ayırmayacağını bildirmişdir. Nəticədə istehsalçı şirkət restrukturizasiya keçirərək 5,2 min işçisini ixtisar edəcəyini açıqlayıb.Elçin ZAKİRİ