Manat dəyərini qoruyub saxlayacaq


Baxıldı : 570

Tarix : 2015-02-21 04:34:00


Azərbaycan hökumətinin sərt pul-kredit siyasətindən tədricən yumşaq pul siyasətinə keçməsini dünyada baş verən qlobal proseslər, avronun ucuzlaşması və digər makroproseslər labüd etmişdir. Məlumdur ki, Azərbaycan dünya birliyinin tərkib hissəsdir və qlobal maliyyə-fiskal proseslərdən kənarda qala bilməz, ona görə də beynəlxalq miqyasda müşahidə edilən iqtisadi proseslər ölkəmizdə adekvat və yeni pul siyasətinin həyata keçirilməsini zəruri edib. Bu barədə Maliyyə Nazirliyinin rəsmisi Aydın Hüseynov bildirib. İqtisadçı qeyd edib ki, manatın məzənnəsinin bivalyuta səbəti vasitəsilə müəyyən edilməsi milli valyutanın bir qədər ucuzlaşmasına səbəb ola bilər, bu, bir qəpik əmsal da deyil. Manat dollar ekvivalentliyinin 79, 80 qəpik civarında olsa belə, bu, milli valyutamızın möhkəmliyi üçün heç bir ciddi təsir göstərəcək hal sayıla bilməz. Bu proseslər valyuta bazarı üçün xarakterik əlamətlərdir və \ məzənnə çevikliyi\ ölkəmizin makroiqtisadi sabitliyinin güclülüyü fonunda maliyyə-valyuta bazarına mənfi fəsadlar yarada bilməz. Qeyd olunduğuna görə, Azərbaycanda ümumi daxili məhsulun təxminən 70 faizi həcmində maliyyə ehtiyatları vardır: \ Bu gün 75 milyard dollar həcmində ümumi daxili məhsula və 52 milyard dollar məbləğində strateji valyuta ehtiyatına, yəni \ təhlükəsizlik yastığına\ malik olan Azərbaycan hökuməti qlobal risklər fonunda milli valyutanın dayanıqlılığını təmin etməyə qadirdir. Azərbaycan hökumətinin həyata keçirdiyi monetar siyasət təsdiqləyir ki, respublikamızda güclü iqtisadiyyat və düşünülmüş iqtisadi strategiya manatın məzənnəsinin qorunub saxlanmasına imkan verəcək, respublikamızın maliyyə sisteminin sağlam və dözümlülüyü fonunda milli valyutamız dəyərini qoruyub saxlayacaq\ .O da bildirilib ki, hazırda Azərbaycan manatı bölgədə ən dəyərli və sabit valyutadır. Manat dünyanın ən dəyərli 11 valyutası sırasındadır. Azərbaycan manatı MDB məkanında ən sabit milli valyutalar sırasında birinci yerdə mövqeyini qoruyub saxlayır. ELBRUS