Manatın məzənnəsini qorumaq mümkündür


Baxıldı : 216

Tarix : 2015-01-31 04:52:00


\ Son 10 ildə davamlı bahalaşdığına görə etibarlı valyutaya çevrilən manatın məzənnəsinə psixoloji təsir olacaq, Mərkəzi Bankın valyuta bazarına manat alışı üzrə müdaxiləsini artıraraq valyuta ehtiyatlarının azalması şərtlənəcək\ . İqtisadçı-ekspert Qubad İbadoğlu belə bir iddia ilə çıxış edib: \ Valyutadəyişmə məntəqələrində dolların alışının kəskin artımı baş verə bilər. Müşahidələr göstərir ki, artıq bu proses başlayıb, son günlər manatla yığımı və vəsaiti olanlar onu dollara dəyişmək qərarını veriblər. Odur ki, bəzi valyutadəyişmə məntəqələrində dolların satış qıtlığı yaranıb. Düzdür, Mərkəzi Bank yenə də əvvəlki məzənnə siyasətini davam etdirir. Amma hesab edirəm ki, bu kifayət etməyəcək. Çünki hazırda dollar qıtlığı yaradan digər amil onun Azərbaycandan Rusiyaya göndərilməsidir ki, bu da valyuta bazarında əlavə gərginliyin artmasına səbəb olur. Digər tərəfdən, əmlak bazarında alış və satışların dollara transformasiya olunması prosesinin başlaması da bu təhlükəni artıra bilər. Dövlət başçısının \ manatın bundan sonra da avroya qarşı bahalaşması müsbət hal deyil. Hesab edirəm ki, bir manat bir avro səviyyəsində qalarsa, makroiqtisadi vəziyyət təmin ediləcək\ fikirləri ilə əlaqədar onu da qeyd etmək istəyirəm ki, Azərbaycan manatı 1 avro 1 manat nisbətində dövriyyəyə buraxılsa da, hazırda onun məzənnəsi dollara nisbətdə tənzimlənir. O da məlumdur ki, Mərkəzi Bank manatın yaxın gələcəkdə məzənnəsini inzibati yolla saxlamağa qadirdir. Bildirmək istəyirəm ki, manatla əmanətləri və yığımları olan vətəndaşlarımız bundan çox narahatlıq keçirməsinlər. Manatın orta və uzunmüddətli dövrdə taleyi isə dünya bazarında neftin qiymət səviyyəsindən və Rusiyadakı sosial-iqtisadi durumdan asılı olacaq\ . AZƏR