Maraq göstərilən idman növü


Baxıldı : 278

Tarix : 2015-11-20 04:30:00


Noyabrı n 7-8-də Azərbaycan Hava və Ekstremal İdman Növləri Federasiyasının (FAİREX) təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə idman dırmanmasının boldrinq növü üzrə Açıq Respublika Çempionatı başa çatıb. Yarışda Təbii Sərvətlər və Ekologiya İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin nəzdində fəaliyyət göstərən \ Ekosport\ İdman Klubunun üzvləri də iştirak ediblər. Azərbaycanın bölgələrini təmsil edən komandalar da daxil olmaqla 32 idman klubunun 100-dən çox idmançısının iştirak etdiyi çempionat oğlanlar və qızlar arasında 3 mərhələdə (təsnifat, yarımfinal, final) keçirilib. Qeyd edək ki, hər il mütəmadi olaraq keçirilən çempionat idmançıların daha çox təcrübə toplamasına, yarış texnikalarının təkmilləşməsinə səbəb olmaqla yanaşı, digər gənclərdə də bu yarış növünə böyük maraq yaradır. İdman dırmanması üzrə Açıq Respublika Çempionatında komandalararası yarışda ümumi nəticələrə görə FAİREX-in \ Qafqaz\ komandası I, \ Gömrükçü\ komandası II, \ Salavat\ komandası isə III yerə çıxıb. Qaliblərə Gənclər və İdman Nazirliyinin diplomları, FAİREX-in medal, kubok və sertifikatları təqdim olunub. AZƏR