Marsda evlər tikiləcək


Baxıldı : 212

Tarix : 2015-10-02 06:15:00


2030-cu ildə Marsa gedən astronavtların qalacaqları evləri 3D printerlər vasitəsilə hazırlamağı planlaşdıran NASA yarışmanın qalibini açıqlayıb.Habitat Vhallenge adlı yarışın iştirakçıları ən sağlam, dayanıqlı, yeni və bir çox funksiyası olan evlər hazırlayıblar. 160 ev arasında birinci yerə SEARCH/ Clouds Architecture firmasının hazırladığı ev çıxıb. \ Buz Evi\ adlı proje çərçivəsində hazırlanan ev -63 dərəcə temperaturda Marsda yaşayanları soyuqdan qoruyacaq. Yarışın qalibi 25 min dollar qazanıb. Yarışın ikincisi 15 min, üçüncüsü isə 10 min dolların sahibi olub. NASA-ya təqdim edilən evləri hazırlaya biləcək olan kosmik şirkətə yüksək miqdarda pul veriləcək. Bunun üçün Mars planetində evə lazım olacaq materiallar seçiləcək. Evləri hazırlaya biləcək şirkətə 1,1 milyon dollar mükafat da veriləcək. CAVİD