Marsda yaşayacaq 100 könüllü


Baxıldı : 300

Tarix : 2015-02-21 04:56:00


Ömrünün qalan hissəsini Mars planetində keçirməyə könüllü razı olan 100 nəfərin adı artıq müəyyənləşib.\ Mars One\ layihəsinin təşkilatçıları Qırmızı planetdə yaradılacaq ilk koloniyaya gedəcək ekspedisiya üzvlərini müəyyənləşdiriblər. Holland layihəsinə qoşulanlar arasında qonşu ölkələrdən ancaq Rusiya vətəndaşlarının adı var. Seçilən 50 kişi və 50 qadın son mərhələdən keçdikdən sonra 2025-ci ildə Marsa uça biləcəklər. Ömürlük olaraq Marsda qalacaq realiti-şounun iştirakçılarını gün boyu kameralar müşahidə edəcək.Qeyd edək ki, indiyə qədər yarışa qatılmaq üçün dünyanın müxtəlif ölkələrindən 202 586 könüllü müraciət edib.CAVİD