martın 15...


Baxıldı : 231

Tarix : 2016-03-17 12:10:00


martın 15-də Türkiyə Respublikasına işgüzar səfər edib. Ankarada rəsmi qarşılanma mərasimi başa çatdıqdan sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın təkbətək görüşü olub.Görüşdə Azərbaycan ilə Türkiyə arasında dostluq və qardaşlıq münasibətlərinin bütün sahələrdə uğurla inkişafından məmnunluq ifadə edilib. Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclasının əlaqələrimizin daha da dərinləşməsi işinə xidmət etdiyi vurğulanıb.Sonra hər iki ölkə başçılarının iştirakı ilə Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası keçirilib. Dövlət başçıları iclasda çıxış ediblər. Türkiyə Prezidenti bu çətin gündə - Ankaranın mərkəzində, Kızılayda tamamilə mülki əhaliyə qarşı həqiqətən çox ciddi terror aktı - terrorçu-intiharçının törətdiyi hücumla bağlı göstərdiyi həmrəyliyə görə Azərbaycanın dövlət başçısına təşəkkür edib: \ Bu səfərinizlə bütün dünyaya, xüsusilə də dünyadakı bütün terror təşkilatlarına və onların arxasındakı qüvvələrə çox güclü və dəqiq mesaj verdiyinizə əminəm\ . Sonra isə deyib ki, builki iclasımızın Azərbaycanın müstəqilliyinin bərpasının 25-ci ilində keçirilməsi xüsusi bir məna daşıyır. Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkə olaraq, ötən 25 ildə keçdiyiniz inkişaf yolu və əldə etdiyiniz müvəffəqiyyətlərlə bağlı biz də ən azı sizin qədər qurur duyuruq. Türkiyə bütün sahələrdə Azərbaycanın ən yaxın strateji müttəfiqidir. Şükürlər olsun ki, ikitərəfli əlaqələrimiz bir çox ölkənin qibtə etdiyi və nümunə götürdüyü səviyyədə davam edir. Bu iclasımız, inşallah, mövcud əməkdaşlığımızı daha da inkişaf etdirəcək və möhkəmləndirəcək. İclasımızın əsas mövzuları enerji, nəqliyyat, iqtisadiyyat və hərbi təhlükəsizlik, yəni müdafiə sahəsində əməkdaşlıq olaraq müəyyənləşdirilib. Dünyadakı hazırkı iqtisadi və siyasi vəziyyəti nəzərə aldıqda mən bu məsələlərin çox dəqiq seçildiyini vurğulamaq istəyirəm.Son illərdə Azərbaycan bütün sahələrdə sürətlə inkişaf edir. Ötən il ilk Avropa Oyunlarının açılışını möhtəşəm təşkil etdiniz. Açılışda ən az Sizin qədər biz də qürur duyduq, iftixar hissi keçirdik. İnşallah, bu il də BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunda iştirak etmək üçün Bakıya səfər edəcəyik. Həmçinin Sizin 2016-cı ili \ Multikulturalizm ili\ elan etdiyinizi bilirəm. Məlumdur ki, diskriminasiya, ksenofobiya və İslamafobiya kimi irqçi meyillər dünyada yenidən fəallaşıb. Bu baxımdan ev sahibliyi edəcəyiniz BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumunun çox mühüm əhəmiyyət daşıdığını düşünürəm. Forumun uğur qazanması üçün Sizinlə sıx əməkdaşlıq və əlaqələndirmə şəraitində çalışacağıq. Əhəmiyyət verdiyim digər məqam isə Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının fəaliyyətinin və təsir dairəsinin daha da artırılmasıdır. Asiya iqtisadi və ticari baxımdan XXI əsrin mərkəzinə çevrilir. Qafqaz bölgəsi isə Asiya ilə Avropa arasında ən mühüm nəqliyyat, ticarət və enerji marşrutlarından biri kimi get-gedə daha çox diqqət mərkəzinə çevrilir. Bu baxımdan tarixi \ İpək yolu\ nun bərpası və təkmilləşdirilməsi məqsədilə həyata keçirilən işlər qətiyyətlə davam etdirilməlidir\ . Azərbaycan Prezidenti İlham Əliyev göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirib. Ankarada törədilmiş dəhşətli terror aktına görə sarsıldığını deyib, həlak olanların yaxınlarına Allahdan səbir diləyib: \ Azərbaycan xalqı, həmişə olduğu kimi, bu gün də türk xalqı ilə birlikdədir. Bizim əlaqələrimizin təməlində xalqlarımızın birliyi, qardaşlığı dayanır. Yaxşı günlərdə də, ağır günlərdə də biz hər zaman bir-birimizin yanındayıq\ .İlham Əliyev nəzərə çatdırıb ki, bu il Azərbaycan müstəqilliyinin bərpasının 25-ci ildönümünü qeyd edəcək. Bizim müstəqilliyimizi tanıyan ilk ölkə Türkiyə olmuşdur. O gündən bu günə qədər bizim əməkdaşlığımız dərinləşir, inkişaf edir və bu gün strateji tərəfdaşlıq səviyyəsinə qalxmışdır. Bu gün Türkiyə və Azərbaycan dünya miqyasında bir-birinə ən yaxın olan ölkələrdir.Biz bir çox sahələr üzrə ciddi fəaliyyət göstəririk. Siz qeyd etdiyiniz kimi, təhlükəsizlik, terrora qarşı mübarizə sahələrində, enerji, nəqliyyat, hərbi, hərbi-texniki sahələrdə əməkdaşlığımızın çox gözəl tarixi var və əminəm ki, bu əməkdaşlıq getdikcə daha da dərinləşəcək.Türkiyənin son illər ərzində sürətli inkişafı da bizi sevindirir. Türkiyə bu gün dünya miqyasında güclü ölkələr sırasındadır. Keçən ilin noyabr ayında Sizin rəhbərliyinizlə G20 toplantısı keçirilmişdir. Bu da ölkənizin növbəti böyük zəfəri idi. Biz fəxr edirik ki, Türkiyə tərəfindən Azərbaycan bu toplantıya dəvət olunmuşdur. Siz bir daha öz qardaşlığınızı göstərdiniz. Azərbaycan xalqı bunu yüksək qiymətləndirir.Bir sözlə, bizim əlaqələrimizin gələcək inkişafı üçün bütün imkanlar vardır. Bu gün birgə icra etdiyimiz layihələr bizi daha da möhkəmləndirir. Enerji sahəsində, qeyd etdiyiniz kimi, TANAP layihəsinin icrası artıq reallaşıb və əminəm ki, vaxtında icra ediləcək. Biz TANAP layihəsinə sizinlə bərabər 2012-ci ildə İstanbulda start verdik. Ondan sonra TANAP layihəsi əsasında \ Cənub Qaz Dəhlizi\ layihəsi də yaranmışdır.İclasda ölkələrimiz arasında həyata keçirilən enerji, nəqliyyat layihələrinin icrası, qarşılıqlı investisiya, turizm, humanitar və digər sahələrdə əməkdaşlığın hazırkı vəziyyəti və perspektivləri barədə fikir mübadiləsi aparılıb.Həmin gün Ankarada Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının beşinci iclası başa çatdıqdan sonra prezidentlər İlham Əliyevin və Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə sənədlərinin imzalanması mərasimi olub. Sənədlərin imzalanması mərasimindən sonra qardaş ölkələrin dövlət başçıları mətbuata bəyanatlarla çıxış ediblər.Prezident İlham Əliyevin Türkiyə Respublikasına işgüzar səfəri martın 15-də başa çatıb. Ali qonağı yola salan Türkiyə Prezidenti Azərbaycan Prezidenti ilə təyyarədə çay süfrəsi arxasında söhbət ediblər.