(martın 2...


Baxıldı : 231

Tarix : 2016-04-01 06:13:00


(martın 28-də)... və xanımı Mehriban Əliyeva Xalq yazıçısı Maqsud İbrahimbəyovun məzarını ziyarət ediblər.(martın 29-da)... Misir Ərəb Respublikası Müdafiə Nazirliyi Sərhəd Qoşunlarının Komandanı Əhməd İbrahim Məhəmməd İbrahimini qəbul edib. (martın 30-da)... Vaşinqtonda keçirilən Nüvə Təhlükəsizliyi Sammitində iştirak etmək üçün Amerika Birləşmiş Ştatlarına səfərə gəlib.... Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının dövlət katibi Con Kerri ilə görüşüb.... Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının ticarət naziri xanım Penni Pritzker ilə görüşüb.... Vaşinqtonda Amerika İsrail İctimaiyyətlə Əlaqələr Komitəsinin (AIPAC), Avrasiya Yəhudilərinə Dəstək Milli Koalisiyasının və Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransının (CPMAJO) rəhbərliyi ilə görüşüb.... Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının bir sıra konqresmenləri ilə görüşüb, Azərbaycan ilə ABŞ arasında münasibətlərin uğurlu inkişafı haqqında danışıb, bir çox sahələrdə, xüsusilə siyasi, iqtisadi, enerji, müdafiə, təhlükəsizlik sahələrində əlaqələrin çox yaxşı səviyyədə olduğu bildirib, ABŞ Konqresinin üzvlərinin bu əlaqələrin inkişafına töhfə verə biləcəkləri qeyd edib. (martın 31-də)... Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının Nyu-Hempşir ştatının sabiq qubernatoru, ABŞ-ın sabiq Prezidenti Corc Buşun aparatının rəhbəri Con Sununu ilə görüşüb.... Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının \ Export-Import\ Bankının sədri və prezidenti Fred Hokberq ilə görüşüb.... Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının ictimai xadimləri - \ Armitage International\ şirkətinin prezidenti Riçard Armitac və Karnegi Fondunun prezidenti Uilyam Börns ilə görüşüb.... Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının \ General Electric\ şirkətinin vitse-sədri Con Rays ilə görüşüb, \ General Electric\ şirkətinin Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrində fəaliyyətinin məmnunluq doğurduğunu bildirib, Azərbaycan iqtisadiyyatının daha da müasirləşdirilməsi, infrastruktur layihələrinin həyata keçirilməsi, biznes mühitinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən danışıb, əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparıb.... Vaşinqtonda Amerika Birləşmiş Ştatlarının vitse-prezidenti Co Bayden ilə görüşüb, belə görüşlərin Azərbaycan ilə ABŞ arasında əməkdaşlığın daha da genişlənməsinə, əlaqələrin yeni səviyyəyə qaldırılmasına xidmət etdiyini bildirib, ABŞ-ın Azərbaycanın ərazi bütövlüyünü və suverenliyini qətiyyətlə dəstəklədiyini, bunun Birləşmiş Ştatlar üçün böyük əhəmiyyət daşıdığını vurğulayıb.***Aprelin 1-də Amerika Birləşmiş Ştatlarının paytaxtı Vaşinqtonda IV Nüvə Təhlükəsizliyi Sammiti öz işinə başlayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Sammitdə iştirak edir.Nüvə Təhlükəsizliyi Sammiti XXI əsrdə beynəlxalq birlik üçün ciddi təhlükə yaradan nüvə terrorçuluğunun qarşısını almağa həsr olunan yüksək səviyyəli zirvə görüşüdür. Əllidən çox ölkənin dövlət və hökumət başçılarının, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərinin iştirak etdikləri Sammitdə nüvə təhlükəsizliyinin əsas məsələləri, o cümlədən dünyada təhlükəli nüvə materiallarının sayının azaldılması, radioaktiv mənbələrin təhlükəsizliyinin, bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsi və digər məsələlər müzakirə olunur.Zirvə görüşünü açıq elan edən ABŞ Prezidenti Barak Obama Sammit iştirakçılarını salamlayıb.