Martın 1-dən pensiyaların minimum məbləğinin artırılacağı gözlənilir


Baxıldı : 202

Tarix : 2019-02-18 05:54:33


 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin təşəbbüsü əsasında minimum əmək pensiyasının artırılması üçün hazırlanmış qanun layihəsi Milli Məclisə təqdim olunub. Qanun layihəsinin Milli Məclisin fevralın 19-da keçiriləcək plenar iclasında qəbul edilməsi gözlənilir. Əhalinin sosial müdafiəsində daha bir mühüm addım olan bu təşəbbüs nəticəsində əmək pensiyasının minimum məbləği martın 1-dən 38,5 faiz artırılaraq 116 manatdan, bir sıra kateqoriyalar üzrə 80 manatdan 160 manata çatdırılacaq. Minimum pensiya məbləğinin artırılması 233 min pensiyaçını, o cümlədən 140 min nəfər əlilliyə görə pensiya alan şəxsi əhatə edəcək. Onlardan 9 min nəfərin pensiyasında 93 faiz yəni 75 manat, 26 min nəfərin pensiyasında 30 faiz - 37 manat, 74 min nəfərin pensiyasında 16 faiz - 27 manat artım olacaq. Artımın edilməsi üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondundan cari ilin 10 ayı üzrə, yəni martdan dekabradək 41 milyon manat, illik isə 49 milyon manat əlavə vəsait yönəldiləcək. Bu artımdan sonra alıcılıq qabiliyyəti indeksi üzrə ölkəmiz MDB məkanında ilk iki yeri bölüşdürəcəkdir.