MasterCard\ dan yeni layihələr


Baxıldı : 348

Tarix : 2015-10-09 02:35:00


\ MasterCard Worldwide\ beynəlxalq kart təşkilatı Azərbaycanda nağdsız dövriyyənin həcminin yüksəldilməsi və ödəniş kartları bazarının inkişaf etdirilməsi istiqamətində Mərkəzi Bankla birgə yeni layihələrə başlamaq niyyətindədir. Təşkilatın Avropa ölkələri üzrə prezidenti Xavier Perez bildirib ki, nağdsız ödənişlərin inkişafına yaxından dəstək göstərəcəklər, Mərkəzi Bankla birgə həm strateji çərçivələrin hazırlanması, həm də qabaqcıl texnologiyaların ölkəmizə gətirilməsi baxımından yaxından əməkdaşlıq qurulacaq. Cənab Perez vurğulayıb ki, nağdsız əməliyyatların həcmini və coğrafiyasını sürətləndirmək üçün bu prosesə kommersiya banklarını da cəlb etmək lazımdır. \ MasterCard Worldwide\ in rəsmisi bildirib ki, Azərbaycanda nağdsız ödənişlər bazarını genişləndirmək üçün münbit şərait, lazımi kart infrastrukturu mövcuddur. Bununla yanaşı, cənab Perez Azərbaycanda nağdsız əməliyyatlardan istifadə dinamikasının hələ də yetərli səviyyədə olmadığını diqqətə çatdırıb. Bunun əsas səbəblərindən biri kimi isə insanlarda ödəniş sistemləri ilə bağlı məlumatların az olmasıdır. ELBRUS