MasterCard\ ın nümayəndəliyi açılır


Baxıldı : 180

Tarix : 2016-05-20 05:13:00


\ MasterCard\ beynəlxalq ödəniş sistemi Azərbaycanda regional mərkəzi nümayəndəliyini açmaq niyyətindədir. Hazırda Rusiyada yerləşən ofis vasitəsilə MDB ölkələrindəki idarə edən şirkət Azərbaycanın plastik kart sektorunun inkişafını nəzərə alaraq daha fəal iş qurmağı planlaşdırır. kart bazarını Şirkətin region üzrə gələcək planlarından danışan \ MasterCard\ ın Türkiyə və Azərbaycan üzrə regional meneceri Yasemin Bedir bildirib ki, yaxın günlərdə Bakı ofisi fəaliyyətə başlayacaq. \ MasterCard\ ölkəmizdə yeni elektron ödənişlər üzrə layihələrə başlamaq, əhalinin kartlardan istifadəyə marağını artırmaq üçün stimullaşdırıcı kampaniyalar təşkil etmək niyyətindədir.Hazırda bankların vəziyyəti yaxşı olmadığından ödəniş şirkəti bank sisteminin böhrandan sonrakı dövründə daha sərfəli kart məhsulları və xidmətləri təklif edəcək. Şirkətin proqnozlarına görə, 2020-ci ilədək elektron ödənişlərin ümumi ödənişlərdəki payı 20-30%-dən çox olacaq. Texnologiyanın qarşımızdakı 5 ildə son 50 il ərzində əldə olunan inkişaf göstəricilərinə nail olacağı gözlənilir. ELBRUS