(mayın 09...


Baxıldı : 218

Tarix : 2016-05-13 06:34:00


(mayın 09-da)..., Silahlı Qüvvələrin Ali Baş Komandanı və xanımı Mehriban Əliyeva İkinci Dünya müharibəsində faşizm üzərində Qələbənin 71-ci ildönümü münasibətilə Bakıda keçirilmiş təntənəli mərasimdə iştirak ediblər....və xanımı Mehriban Əliyeva Heydər Əliyev Mərkəzində xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 93-cü ildönümü və faşizm üzərində Qələbənin 71 illiyi münasibətilə təşkil edilmiş rəsmi qəbulda iştirak ediblər. (mayın 10-da)...və xanımı Mehriban Əliyeva, ailə üzvləri, ulu öndərin doğmaları, dövlət və hökumət nümayəndələri xalqımızın xilaskar oğlunun doğum günündə onun məzarını ziyarət etmək üçün Fəxri xiyabana gəlib, məzarı önünə əklil qoyub, xatirəsini ehtiramla yad ediblər...., xanımı Mehriban Əliyeva və qızı Leyla Əliyeva Zığ-Heydər Əliyev Beynəlxalq Aeroportu magistral avtomobil yolunun 29-30-cu kilomertliyində salınan yaşıllıq sahəsində ulu öndər Heydər Əliyevin doğum gününə həsr olunmuş ağacəkmə kampaniyasında iştirak ediblər.(mayın 11-də)...Fransa Sahibkarlar Təşkilatının - MEDEF-in nümayəndə heyətini qəbul edib....Niderland Krallığının İqtisadi İşlər naziri Henk Kampın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.(mayın 12-də)...Rusiya Federasiyası Dağıstan Respublikasının başçısı Ramazan Abdulatipovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.(mayın 13-də)...Bolqarıstan Respublikasının Xarici İşlər naziri Daniel Mitovun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.