MDB ölkələri arasında birincidir


Baxıldı : 249

Tarix : 2015-10-02 07:27:00


Dünya İqtisadi Forumunun (\ World Economic Forum\ ) qlobal rəqabətlilik indeksinə görə, sıraladığı 140 ölkə arasında Azərbaycan 40-cı yerdə qərarlaşıb. Azərbaycan MDB ölkələri arasında öz birinciliyini yenə də qoruyub saxlayıb.Bu barədə Dünya İqtisadi Forumunun yaydığı hesabatda deyilir. Reytinqə görə Qazaxıstan 42-ci, Rusiya 45-ci, Tacikistan 80-ci, Ermənistan 82-ci, Moldova 84-cü, Qırğızıstan isə 102-ci sırada qərarlaşıb.Sıralamada ilk üçlükdə isə müvafiq olaraq İsveçrə, Sinqapur və ABŞ yer alıb.