Media orqanları beynəlxalq təşkilatlar tərəfindən himayə olunmalıdır


Baxıldı : 106

Tarix : 2019-10-18 17:05:27


Avropa Qəzet İşçiləri Federasiyası, Çexiya Mətbuat İşçiləri Federasiyası, Avropa Yayım Birliyi, Skandinaviya Xəbər Yayımçıları və Avropa Media Azadlığı Mərkəzinin yeni hesabatında Çexiyada, istər dövlət, istərsə də özəl media sektorunda, demokratiyaya zidd addımlar atıldığı qeyd olunub. Hesabatda hökumət nümayəndələrinə məxsus media şirkətlərinin fəaliyyəti ölkədə səsvermə zamanı demokratik dəyərlərə zidd məlumatların dərcinə, kampaniyaların ədalətsiz aparılmasına gətirib çıxarır. Ölkə mətbuatı parlament və hökumət tərəfindən daha çox basqıya məruz qalır. Bundan başqa, hesabatda yerli mətbuat orqanlarının vətəndaşların maraqlarına uyğun, obyektiv məlumat vermədiyi, günlük xəbərlərin hər zaman həqiqəti əks etdirmədiyi göstərilir.  Təşkilatlar yaranan vəziyyətə çarə olaraq hökumətin müstəqil media üzərində nəzarətini azaltmaq üçün maliyyə məsələlərinin düzgün tənzimlənməsini və müvafiq beynəlxalq təşkilatlar tərəfindən media orqanlarının himayə olunmasını təklif edirlər.

Vəziyyəti izləmək və problemləri aradan qaldırmaq üçün hesabatı hazırlayan qurumlar  və Çexiya Mətbuat İşçiləri Həmkarlar İttifaqının sədrindən ibarət heyət qurulub.