“Məhsul” həndbolçuları qızıl medallara yiyələniblər


Baxıldı : 35

Tarix : 2017-08-25 23:07:59


Avqustun 18-20-də Bakı Su İdmanı Sarayında çimərlik həndbolu üzrə ikinci Azərbaycan çempionatı keçirilib.

Yarışlarda qadınlardan ibarət 6, kişilərdən ibarət isə 4 komanda  qalib adı uğrunda mübarizə aparıb.

"Məhsul" komandası da bu çempionatda iştirak edib. Turun ilk qarşılaşmasında Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbinin təmsilçilərinə qalib gələn "Məhsul" komandası digər görüşlərini də məğlubiyyətsiz başa vurub.

Keçirdiyi bütün oyunlarında qələbə qazanan "Məhsul" həndbolçuları qızıl medallara yiyələniblər.  "Bakı" klubu çempionatı ikinci yerdə bitirib. İlk üçlüyü isə "Təhsil" kollektivi tamamlayıb.

Qadınların yarışında isə "Nur" komandası qızıl, "Azəryol-1" kollektivi gümüş, "Qarabağ" klubu isə bürünc medalların sahibi olub.

Sonda qalib və mükafatçılar təltif ediliblər.

Azər MUSTAFAYEV