“Məhsul” İC-nin xanım cüdoçuları iki qızıl medal qazanıblar


Baxıldı : 37

Tarix : 2019-11-29 18:50:56


“Məhsul” İdman Cəmiyyətinin yetirmələri Səbinə Qədirova (52 kq.) və Gülcahan Hacıyeva (57 kq.) cüdo üzrə açıq Bakı çempionatında yüksək nəticə göstəriblər. Xanım cüdoçular öz çəki dərəcələrində bütün görüşlərdə qalib gələrək birinci yeri tutublar.  Məşqçi-müəllim Mətanət Süleymanovanın yetirmələri bu uğurlu çıxışı ilə çempionatda iştirak edən komandalar arasında beşinci olub.