“Məhsul” İC-nin yetirməsi birinci yeri tutub


Baxıldı : 72

Tarix : 2019-10-11 17:28:43


Bakı Dövlət Cıdır Meydanında kross qaçışı üzrə Bakı şəhər çempionatı keçirilib. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən  yarışda 1№-li İOEUGİM, 5№-li İOEUGİM, RBTİM, SMİF, “Sərhədçi” İOM, “Məhsul” İC, RBTİM, “Rekord” İK-nın idmançıları mübarizə aparıblar.

“Məhsul” İC-nin yetirməsi Mahmud Mehdiyev kişilər arasında 2 km məsafəyə qaçışda birinci yeri tutub.        

Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplomlar və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.