“Məhsul” İdman Cəmiyyətinin atletləri fərqləniblər


Baxıldı : 104

Tarix : 2020-01-10 15:01:23


Bakı Şəhər Gənclər və İdman Baş İdarəsinin və Azərbaycan Atletika Federasiyasının (AAF) birgə təşkilatçılığı ilə Respublika Olimpiya Mərkəzində keçirilən 2003-2004-cü il təvəllüdlü yeniyetmələr arasında atletika üzrə Bakı birinciliyinə yekun vurulub. Birincilikdə “Neftçi” İKİB, Təhsil -1, Təhsil -5,  “Məhsul” İC, “Ümid” İK və “Rekord” İK-nı təmsil edən 112 nəfər idmançı ( qızlar və oğlanlar) mübarizə aparıb.

Oğlanlar arasında 800 metr məsafəyə qaçışda “Məhsul” İdman Cəmiyyətinin yetirmələri  Mahmud Mehdiyev birinci,  Səid Səfərli ikinci, Danil Qrişanov üçüncü olublar.

1500 metr məsafəyə qaçışda Mahmud Mehdiyev ikinci, Səid Səfərli üçüncü yeri tutub.

Qaliblər diplom və medallarla təltif olunublar.