”Məhsul” İdman Cəmiyyətinin xanım cüdoçularının uğurlu çıxışı


Baxıldı : 290

Tarix : 2019-08-23 15:38:15


23 yaşadək cüdoçular arasında keçirilən Azərbaycan birinciliyinə dörd xanım idmançı ilə qatılan “Məhsul” İdman Cəmiyyəti bir qızıl, bir gümüş və bir bürünc medal əldə edərək dördüncü yeri tutub. Medalları məşqçi-müəllim Mətanət Süleymanovanın yetirmələri Səbinə Qədirova, Sona Tumarxanova və Fidan Əliyeva qazanıblar. 52 kq. çəki dərəcəsində bütün rəqiblərini məğlub edən Səbinə Qədirova I yerə sahib olub. Sona Tumarxanova (-48 kq.) ikinci,  Fidan Əliyeva    (-57 kq.) isə üçüncü yerə çıxıb.

Aynur Camalova (-48kq.) beşinci nəticə göstərib.