Məhv olmuş planetin qalıqları tapılıb


Baxıldı : 84

Tarix : 2017-04-08 03:55:21


Astrofiziklər Mars orbitində dağılmış planetin "troyan asteroidləri" adlanan qalıqlarını aşkar ediblər. Bu kəşf Çilidəki "Very Large Telescope" teleskopunun sayəsində mümkün olub.

Tapılan "qalıqlar"ın tərkibinin tədqiqi göstərib ki, aşkar edilən asteroidlər əvvəllər alimlərin diqqət mərkəzinə düşən kosmik "bədən" ilə eynidir.

Tədqiqatçılar bunun sayəsində belə bir qənaətə gəliblər ki, Mars orbitində aşkar edilən asteroid "səpintilər"i bir vaxtlar mövcud olmuş, ola bilsin ki, digər obyektlərlə toqquşma nəticəsində məhv olmuş planetin qalıqlarıdır.

Azər Mustafayev