Məmnun qaldılar


Baxıldı : 45

Tarix : 2018-08-31 18:48:35


Şəki, Gəncə, Göygöl, İsmayıllı, Qəbələ. Bu rayonların hər birinə səyahət, qısamüddətli olsa da, unudulmaz xatirələrlə, qeyri-adi gözəlliklərin seyri ilə Mədəniyyət İşçiləri Həmkarlar İttifaqı Goranboy Rayon Komitəsinin üzvlərinin yaddaşında qalacaq. Rayon Komitəsi bu səfərləri təşkil edərkən üzvlərinin əyləncəsini, mənalı istirahətini də nəzərə almışdı. Bəlkə də buna görədir ki, Goranboy təhsil işçiləri arasında turist səfərlərinə maraqlı olanların sayı tükənmir. Sonuncu səfərin ünvanı Oğuz rayonu idi.

Rayonun Xalxal kəndində füsünkar şəlalənin tamaşasında olan ekskursiyaçılar öz heyranlıqlarını gizlədə bilmədilər.

Gün ərzində Oğuz rayonunun görməli yerləri ilə tanış olan gəzinti iştirakçıları ekskursiyanın nəticəsindən məmnun qaldılar.

Günün sonunda nur şəhəri olan Mİngəçevirdə Kür çayının sahilində dincələn və çayda qayıqlarda gəzən mədəniyyət işçiləri fotoşəkillərlə həmin günü tarixə yazdılar.

Növbəti ekskursiya Ağdaş rayonunun Kotavon kəndinə Veyis Babanın türbəsinin ziyarətinə planlaşdırılır.