”Məndə sığar iki cahan” adlı ədəbi-bədii kompozisiya


Baxıldı : 323

Tarix : 2019-06-03 06:34:44



Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Təhsil Mərkəzində İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş “Məndə sığar iki cahan” adlı ədəbi-bədii kompozisiya  keçirilib. Tədbiri mərkəzin direktoru, pedaqoji elmlər doktoru Həsən Bayramov açaraq, böyük şairin yaradıcılığı haqqında geniş məlumat verib.

Sonra “Nəsimi” filmindən fraqmentlər göstərilib, tələbələr Nəsimi qəzəlləri əsasında musiqili kompozisiya nümayiş etdirib və şeirlər səsləndiriblər.

Böyük şairin yubileyi münasibətilə Peşə Təhsili Mərkəzində Nəsiminin çoxşaxəli yaradıcılığına dair esse və onun şeirlərinin ən yaxşı bədii qiraət ifası üzrə müsabiqələr təşkil edilib.