“Mənim ağ göyərçinim”


Baxıldı : 241

Tarix : 2020-03-06 17:12:16


Fevralın 26-da Dövlət Gənc Tamaşaçılar Teatrında Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı (TİAHİ) Respublika Komitəsinin xidmətinə daxil olan ali təhsil müəssisələrinin tələbələri üçün yazıçı-dramaturq Tamara Vəliyevanın müəllifi olduğu “Mənim ağ göyərçinim” əsəri əsasında səhnələşdirilən eyniadlı tamaşa nümayiş olunub. Tamaşadan öncə iştirakçılar Xocalı faciəsi qurbanlarının xatirəsini birdəqiqəlik sükutla yad ediblər. Sonra çıxış edən TİAHİ Respublika Komitəsi sədrinin müavini Mirzə Cəfərzadə erməni silahlıları tərəfindən Xocalıda azərbaycanlılara qarşı törədilmiş soyqırımından danışıb.

M.Cəfərzadə deyib ki, erməni təcavüzkarlarının törətdikləri bu vəhşilik yaddaşlardan heç zaman silinməyəcək. Şəhidlərimizin qanı yerdə qalmayacaq, günahkarlar layiqli cəzalarını alacaqlar.

Qeyd edək ki, Xocalı faciəsinin 28-ci ildönümü münasibətilə təqdim olunan səhnə əsərinin süjeti azadlıq və müstəqillik uğrunda canlarını qurban vermiş gənclərin nakam həyat hekayəsi əsasında qurulub.

Tamaşanın quruluşçu rejissoru, Xalq artisti Cənnət Səlimovadır.

Səhnə əsərində rolları Əməkdar artistlər Nəsibə Eldarova, Rahib Əliyev, aktyorlar Təhminə Məmmədova və başqaları ifa ediblər.