Məqsəd gənclərə Vətənə məhəbbət  hisslərinin aşılanmasıdır


Baxıldı : 43

Tarix : 2019-11-01 16:15:45


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) uzun illərdir ki, mədəni hamiliyə götürdüyü Cəmşid Naxçıvanski adına Hərbi Liseydə mütəmadi olaraq mədəni-kütləvi tədbirlər, baxış-müsabiqələr, yarışlar keçirir, müsabiqə qaliblərinə, istedadlı gənclərə diplomlar, qiymətli hədiyyələr və pul mükafatları təqdim edir. Belə tədbirlərdən biri də “9 Noyabr - Dövlət Bayrağı Günü”nə həsr olunmuş inşa yazı müsabiqəsi idi.

Gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə olunması, xalqımızın qəhrəmanlıq tarixi ilə yaxından tanışlığı, onlara Vətənə məhəbbət, torpağa bağlılıq hisslərinin aşılanması məqsədilə keçirilən müsabiqəyə yekun vurularaq qaliblər müəyyən olunmuşdur.

“Bayraq mənliyimdir, Bayraq kimliyim” mövzusunda yazdıqları inşaya görə 236-cı tağımın 2-ci kurs kursantı Rəşad Qumaşov  birinci yerə, 232-ci tağımın 2-ci kurs kursantı Bəhruz Məmmədov ikinci yerə layiq görülmüşlər.  “Dalğalansın Bayrağımız Qarabağda” inşası ilə 143-cü tağımın 1-ci kurs kursantı Mehman Dadaşzadə isə üçüncü yeri tutmuşdur.

Qaliblərə AHİK-in Diplom və hədiyyələri Dövlət Bayrağı Gününə həsr edilmiş tədbirdə təqdim olunacaqdır. 

Xoşqədəm BAĞIROVA,

 AHİK-in  mütəxəssisi