Məqsəd işçilərin carçısı olmaqdır


Baxıldı : 39

Tarix : 2017-10-20 17:42:34


Beynəlxalq Nəqliyyat İşçiləri Federasiyası (BNİF) budəfəki konfransını Hollandiyanın paytaxtı Amsterdam şəhərində keçirib. Asiya, Afrika və Avropadan qatılan təmsilçilər 2018-ci ildə Şinqapurda keçiriləcək beynəlxalq konqresin əsas gündəmini müəyyənləşdirmək üçün bir araya gəliblər.

Budəfəki görüşdə turizm sektorunun nəqliyyat sistemi ilə əlaqəli inkişafı müzakirə olunub. Konfransda giriş sözü söyləyən BNİF-in baş katibi Paddi Krumlin bildirib ki, turizm dünyada əksər ölkələrin iqtisadiyyatında əsas rola malikdir: "Bu sektorun təşəkkülündə nəqliyyat sisteminin önəmi böyükdür. Bizim məqsədimiz turistlərə xidmət edən nəqliyyat işçiləri ilə davamlı əlaqələr quraraq onların problem və tələblərinin carçısı olmaqdır. Nəqliyyat sahəsində çalışanlar işəgötürənlərin qeyri-formal əmək siyasətinə daha çox məruz qalırlar. Belə vəziyyətin araşdırılması və həlli üçün birgə hərəkət etməyə ehtiyac var. Digər məsələ gənclərin fəaliyyətinin genişləndirilməsidir ki, bununla bağlı həyata keçirilən layihəmizin bir neçə iştirakçısı bu gün "Schiphol" Hava Limanında aparıcı vəzifələrdə çalışır".

Cavid SƏFƏROV