Məşğulluq sahəsində problemlər artır


Baxıldı : 60

Tarix : 2020-11-20 21:00:12



Avropa Komissiyası noyabr ayında illik məşğulluq hesabatını yayımlayıb. Bəyanatda cari ilin əvvəlki dövrləri ilə müqayisədə məşğulluq sahəsində azalma tempi müşahidə edilir. 
Avropa Həmkarlar İttifaqları Konfederasiyasının katibi Liyna Karr hesabata münasibət bildirərək deyib ki, avropalı işçilər COVID-19 böhranı səbəbindən məşğulluq sahəsində daha çox təsirə məruz qalırlar. 
İş yerləri üçün təcili dəstək tədbirləri Avropa Birliyi  və üzv dövlətlər tərəfindən vəziyyətin daha da pisləşməməsi üçün 2021-ci ilə qədər uzadılmalıdır. Bu, konkretdir. 
Qısamüddətli iş sxemləri yalnız hər hansı müddətə uzadılmamalıdır. Komissiyanın açıqladığı kimi, daha çox əziyyət çəkən qeyri-standart işçi qruplarını əhatə etməlidir. 
Komissiyanın yeni sosial layihəsi üzv dövlətlərin təqribən üçdə birində sosial təhlükəsizlik şəbəkələrinin işsizlik böhranı ilə qarşılaşmağa tam hazır olmadığını göstərməsi baxımından daha vacibdir.
Son böhrandan bəri Komissiyanın məşğulluq və sosial müdafiə siyasəti Avropanın COVID-19 böhranının nəticələrinə tam hazır olmadığını göstərdi.  Odur ki, bu dəfə iş yerlərini saxlayan və yaradan, ictimai xidmətləri və sosial müdafiəni bərpa edən bir plan üçün çalışmalıyıq.
Hesabatda gənclər arasında işsizliyin ümumi işsizlikdən daha çox artdığı əks olunub. İş, peşə təhsili və ya ali təhsil almayan gənclərin sayının kəskin artması barədə məlumat verilir. Keyfiyyətli iş yerlərinin yaradılması tövsiyə olunur.