Metro sisteminin özəlləşdirilməsi tətilə səbəb olub


Baxıldı : 173

Tarix : 2018-01-19 19:06:30


Braziliyanın San-Paulo şəhərində metro çalışanları yeraltı nəqliyyat sisteminin özəlləşdirilməsi planına etiraz olaraq tətil keçirib.

Tətil şəhərdə tıxacların artmasına  səbəb olub. Ölkənin Metropoliten İşçiləri Həmkarlar İttifaqının  başlatdığı tətil kampaniyasına şəhərdəki 6 metro xəttindən beşinin  işçiləri qatılıb və orada xidmət tamamilə dayandırılıb. 1 xətt isə özəl şirkət tərəfindən idarə olunduğundan onun fəaliyyətində problem yaranmayıb. Şəhər rəhbərliyi  tətilə etiraz edib və şəxsi avtomobillərin istifadəsini minimuma endirərək yaranan  tıxacı aradan qaldırmağa çalışıb. Digər nəqliyyat sistemləri də birgünlük tətil zamanı sərnişinlərə tam şəkildə xidmət göstərə bilməyib. Şəhər rəhbərliyi  mətbuata açıqlamasında baş tutan tətildən narahatlığını ifadə edib və qeyd olunub ki, nəzərdə tutulan planda, sadəcə, 2 xəttin özəlləşdirilməsindən söhbət gedir.

Həmkarlar ittifaqı nümayəndələri özəlləşdirmənin işçilərin hüquqlarına mənfi təsir edəcəyini düşünür.

 Cavid SƏFƏROV