Metropolitendə ənənəvi qanvermə aksiyası


Baxıldı : 130

Tarix : 2018-02-16 23:46:42


Fevralın 14-15-də “Bakı Metropoliteni” QSC-də hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım məqsədilə ənənəvi qanvermə aksiyası keçirilib.

Metropoliten İşçiləri Həmkarlar İttifaqının təşəbbüsü ilə artıq dörd ildir ki, təşkil olunan kampaniyanın məqsədi hemofiliya və talassemiya xəstəliklərindən əziyyət çəkən insanlara, xüsusən, uşaqlara yardım etmək və onlar üçün tədarük olunan qan ehtiyatını artırmaqdır.

Aksiya metropolitenin iki fərqli məkanında təşkil olunub. Birinci günü metropolitenin təlim-tədris mərkəzində təşkil olunan aksiyada 151 əməkdaş iştirak edib.

Fevralın 15-i könüllü qanverənlər üçün metropolitenin “Nərimanov” elektrik deposunda müvafiq şərait yaradılıb və aksiyanın ilk günündə olduğu kimi, 151 nəfərdən qan alınıb.

Beləliklə, iki gün ərzində davam edən aksiya zamanı 302 nəfər qan donoru olub.

Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkənlər üçün istifadə olunacaq.