Millətin birliyini, vətənə məhəbbət hisslərini daha  da gücləndirən gün


Baxıldı : 38

Tarix : 2018-12-28 05:44:24


Dekabrın 25-də Dəmir Yolu və Metropoliten üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzində 31-Dekabr Dünya Azərbaycanlılarının Həmrəyliyi Gününə və Yeni il bayramına həsr olunmuş yığıncaq keçirilmişdir. Yığıncaqda Mərkəzin direktoru, pedaqoji elmlər doktoru Həsən Bayramov giriş sözü söyləmişdir. Demişdir ki, həmrəylik günü dünyanın 70-dən çox ölkəsində soydaşlarımız tərəfindən qeyd olunur. Bu mərasimlərə əslən Azərbaycandan olan qeyri-etnik qrupların nümayəndələri və yerli ziyalılar, dövlət adamları da qatılırlar.

Həsən müəllim bildirdi ki, belə tədbirlər millətin birliyini, vətənə məhəbbət hisslərini daha da gücləndirir və Azərbaycanın dünya miqyasında tanınması işinə töhfələr verir.

Sonra “Biz həmrəyik” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş olundu.

Sonda Mərkəzin həmkarlar ittifaqı komitəsinin sədri Nəzakət Allahverdiyeva valideyn himayəsindən məhrum olmuş şagirdlərə maddi yardımlar təqdim etdi.