Milli komandamız ikinci yeri tutub


Baxıldı : 208

Tarix : 2016-01-30 04:20:00


Yanvarın 22-24-də Kubada cüdo üzrə Qran-pri yarışları keçirilib. Cüdoçulardan ibarət Azərbaycan milli komandası yarışda böyük uğura imza atıb. Belə ki, Havanada keçirilən turnirdə Peter Zayzenbaherin yetirmələri 1 qızıl (Rüstəm Orucov), 2 bürünc (Orxan Səfərov, Elxan Məmmədov) medal qazanaraq 59 ölkə arasında 2-ci yeri tutublar. Yalnız kişilərin yarışında mübarizə aparan millimiz komanda hesabında Rusiya cüdoçularından geri qalıb.Mükafatçılar sırasında yer almış \ Atilla\ İdman Klubunun yetirmələrinin yarış haqqındakı təəssüratlarını sizə təqdim edirik.Rüstəm Orucov (73kq.): - Braziliyadaki təlim-məşq toplanışı yüksək səviyyədə keçdi. Çox güclü və ağır məşqlər idi. Bu ölkənin müxtəlif cüdo məktəblərinin yetirmələri, eləcə də Rusiya və Kolumbiya idmançıları təlim-məşq toplanışında iştirak edirdilər. Havanada keçirilən Qran-pri haqqında isə onu demək istərdim ki, çox güclü rəqiblərimin olmasına baxmayaraq, hamısını məğlub edərək qızıl medala sahib oldum. Təbii ki, qələbə qazanmağımda iştirak etdiyim toplantıların böyük rolu oldu. Ona görə də bu şəraiti yaratdıqlarına görə rəhbərliyimizə və məşqçilərə öz dərin minnətdarlığımı bildirirəm.Orxan Səfərov (60kq.):- Braziliyadaki təlim-məşq toplanışı bizə çox lazım idi. Olimpiada öncəsi oranı görmək, bu ölkəyə uyğunlaşmaq yerinə düşdü. Çox güclü komandamız var və hər şey proqram üzrə davam edir. Ağır məşqlərin və təlim-məşq toplanışlarının bəhrəsini olimpiadada görəcəyimizə əminəm. Kubadakı Qran-pri yarışında isə ölkəmizi layiqincə təmsil edib bayrağımızı göylərə ucaltdıq.Azər MUSTAFAYEV