Milli Məclisin iclasında gələn ilin dövlət büdcəsi qəbul edilib


Baxıldı : 694

Tarix : 2016-11-23 16:09:17


Oktyabrın 20-də Milli Məclisin IV çağırış üzrə payız sessiyasının son plenar iclası keçirilib. Milli Məclisin Sədri Oqtay Əsədov iclası açaraq deyib ki, gələn ilin dövlət büdcəsinin və büdcə zərfinə daxil olan digər məsələlərin layihələri Milli Məclisdə müzakirə olunub. Müzakirələr zamanı səslənən fikirlərin öyrənilməsi üçün hökumətə vaxt verilib. Maliyyə naziri Samir Şərifov çıxış edərək bildirib ki, \ Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında\ qanun layihəsinin müzakirələri zamanı deputatlar bir sıra təklif və tövsiyələr irəli sürüb. Bütün bunlara baxılıb və diqqətlə öyrənilib, təkliflərin bir çoxunun əsasən hökumətin sosial-iqtisadi inkişaf konsepsiyasına aid olduğu müəyyən edilib. S.Şərifov deyib ki, 2016-cı ilin dövlət büdcəsi haqqında qanun layihəsinin Milli Məclis tərəfindən qəbulu Prezident İlham Əliyevin əhalinin həyat səviyyəsinin yaxşılaşdırılması və ölkənin milli təhlükəsizliyinin, müdafiə qabiliyyətinin təmin edilməsi istiqamətində müəyyən etdiyi kursun növbəti ildə də uğurla həyata keçirilməsinə, nəzərdə tutulan bütün dövlət vəzifələrinin, proqramların və digər sosial öhdəliklərin sabiq icrasına real maliyyə təminatını yaradacaq. Nazirin çıxışından sonra \ Azərbaycan Respublikasının 2016-cı il dövlət büdcəsi haqqında\ qanun layihəsi səsə qoyularaq qəbul edilib.Büdcə zərfinə daxil olan digər məsələ \ Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondunun 2016-cı il büdcəsi haqqında\ qanun layihəsi barədə məlumat verən Milli Məclisin Sosial Siyasət Komitəsinin sədri Hadi Rəcəbli ötən müzakirələrdə layihə ilə bağlı ciddi iradlar olmadığını qeyd edib və layihənin reallıqlara cavab verdiyini diqqətə çatdırıb. Sonra qanun layihəsi təsdiq olunub. İclasda \ Azərbaycan Respublikasında 2016-cı il üçün yaşayış minimumu haqqında\ , \ Azərbaycan Respublikasında 2016-cı il üçün ehtiyac meyarının həddi haqqında\ , \ Dövlət rüsumu haqqında\ Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə\ , \ Azərbaycan Respublikası Milli Məclisinin 2016-cı il üçün xərclər smetası haqqında\ və \ Azərbaycan Respublikası Hesablama Palatasının 2016-cı il üçün xərclər smetası haqqında\ qanun layihələri də səsvermə nəticəsində qəbul edilib. Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə \ Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişikliklər edilməsi haqqında\ qanun layihəsini müzakirəyə təqdim edib. Bildirib ki, Vergi Məcəlləsinə təklif olunan dəyişikliklər 2016-cı ildə ölkənin sosial-iqtisadi inkişaf hədəflərinə nail olmaq, sahibkarlıq fəaliyyəti üçün əlverişli şərait yaratmaq, vergi yükünün əhalinin müxtəlif təbəqələri arasında bölgüsünü təmin etmək və vergilərin hesablanması qaydasını sadələşdirmək, vergi inzibatçılığını gücləndirmək məqsədi daşıyır. Milli Məclisin Hüquq Siyasəti və Dövlət Quruculuğu Komitəsinin sədri Əli Hüseynli \ İcra haqqında\ qanunda, Azərbaycan Respublikasının Mülki Prosessual, Miqrasiya, Cinayət və İnzibati Xətalar məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələrini deputatların diqqətinə çatdırıb. Hər bir məsələ barədə ətraflı məlumat verən komitə sədrinin sözlərinə görə, dəyişikliklər vergi inzibatçılığının gücləndirilməsinə xidmət edir. Müzakirələr zamanı deputatlardan Qüdrət Həsənquliyev, Arif Əşrəfov, Adil Əliyev, Milli Məclis Sədrinin müavini Valeh Ələsgərov layihələrlə bağlı fikirlərini bildiriblər. Müzakirələr yekunlaşdıqdan sonra qanun layihələri təsdiq olunub.\ Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında\ qanun layihəsi barədə məlumat verən Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, layihə ölkə başçısı tərəfindən Milli Məclisə göndərilib: \ Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2015-ci ilin doqquz ayının yekunlarına dair iclasındakı çıxışında sahibkarlıq sahəsində yoxlamalardan çoxsaylı şikayətlərin daxil olmasını, yoxlamaların, eləcə də lisenziyaların sayının həddindən artıq çox olmasını, göstərilən sahədə sui-istifadə hallarını qeyd edib, belə halların qarşısının alınacağını, nəticə çıxarmayanların cəzalandırılacağını bildirib. Bu baxımdan qanun layihəsi ölkə iqtisadiyyatını sürətləndirmək, qlobal miqyasda daha böyük uğurlar əldə etmək üçün böyük əhəmiyyət kəsb edir. Qanun layihəsinə əsasən, 2015-ci il noyabrın 1-dən etibarən sahibkarlıq sahəsində aparılan yoxlamalar 2 il müddətinə dayandırılır. Eyni zamanda Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən imzalanmış fərmanla lisenziyaların sayının minimuma endirilməsi, lisenziya verilməsi qaydalarının sadələşdirilməsi və şəffaflığın təmin edilməsi, sahibkarlıq fəaliyyəti ilə bağlı bütün lisenziyaların İqtisadiyyat və Sənaye Nazirliyi tərəfindən \ ASAN xidmət\ mərkəzlərində verilməsi nəzərdə tutulub\ . Sonra qanun layihəsi səsə qoyularaq qəbul edilib.Parlamentin iclasında müzakirəyə çıxarılan digər qanun layihələri də millət vəkilləri tərəfindən təsdiq olunub. Bununla da Milli Məclisin iclası başa çatdı.