Milli Məclisdə qanun layihələrinə dəyişikliklər qəbul edilib


Baxıldı : 231

Tarix : 2017-12-15 22:12:30


Dekabrın 15-də Milli Məclisin növbəti plenar iclası keçirilib. İclası açan parlamentin sədri Oqtay Əsədov gündəliyi təqdim edib.

Deputatlar "2013-cü il 13 avqust tarixində imzalanmış "Azərbaycan Respublikası Hökuməti və Rusiya Federasiyası Hökuməti arasında Azərbaycan-Rusiya dövlət sərhədindən "Samur" (Azərbaycan Respublikası) - "Yaraq-Qazmalar" (Rusiya Federasiyası) buraxılış məntəqələri ərazisində Samur çayı üzərindən avtomobil körpüsünün tikintisi haqqında Saziş"də dəyişikliklər edilməsi barədə Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında" Protokolun təsdiq edilməsi haqqında, "Azərbaycan Respublikasının Hesablama Palatası haqqında" qanun layihələrini (birinci oxunuşda), "Azərbaycan Respublikasının Silahlı Qüvvələri haqqında" qanun layihəsini (ikinci oxunuşda) nəzərdən keçiriblər. Qanun layihələri səsə qoyularaq qəbul edilib.

Bundan başqa, Seçki, Mülki, Əmək, Vergi, İnzibati Xətalar və Torpaq məcəllələrində dəyişikliklər edilməsi haqqında qanun layihələri də müzakirə olunaraq səsə qoyulub.

Milli Məclisdə "Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin 25 illiyi (1993-2018) Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi ilə əlaqədar" Azərbaycan Respublikasının orden və medallarının təsis edilməsi haqqında" qanunda dəyişiklik edilməsi barədə qanun layihəsi müzakirədən sonra səsə qoyularaq qəbul edilib.

Həmçinin "Rəsmi statistika haqqında", "Həmkarlar ittifaqları haqqında", "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin İntizam nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında, "Azərbaycan Respublikası Silahlı Qüvvələrinin daxili xidmət nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında, "Meliorasiya və irriqasiya haqqında", "Toxumçuluq haqqında", "Məhkəmələr və hakimlər haqqında", "Yol hərəkəti haqqında", "İstehsalat və məişət tullantıları haqqında", "Təhqiqat, ibtidai istintaq, prokurorluq və məhkəmə orqanlarının qanunsuz hərəkətləri nəticəsində fiziki şəxslərə vurulmuş ziyanın ödənilməsi haqqında", "Heyvanlar aləmi haqqında", "Polis haqqında", "Prokurorluq haqqında", "Dövlət məhkəmə ekspertizası fəaliyyəti haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Kütləvi informasiya vasitələri haqqında", "Taxıl haqqında", "Azərbaycan Respublikasının Vergi Məcəlləsində dəyişiklik edilməsi haqqında", "Məşğulluq haqqında", "İcra haqqında", "Yetkinlik yaşına çatmayanların işləri və hüquqlarının müdafiəsi üzrə komissiyalar haqqında Əsasnamə"də dəyişiklik edilməsi barədə", "Televiziya və radio yayımı haqqında", "Lotereyalar haqqında" və "Uşaqların icbari dispanserizasiyası haqqında" qanunlara dəyişikliklərin edilməsini nəzərdə tutan layihələri də parlamentdə müzakirəyə çıxarılıb. 

Hər bir dəyişiklik layihəsi ayrı-ayrılıqda səsə qoyularaq qəbul edilib.

AZƏR