Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası


Baxıldı : 83

Tarix : 2019-01-27 07:24:35


Yanvarın 24-də Milli Məclisin Əmək və sosial siyasət komitəsinin yaz sessiyasında ilk iclası keçirilib. İclasda komitənin 2018-ci il payız sessiyasına dair hesabatı məqbul sayılıb, həmçinin 2019-cu ilin yaz sessiyası üçün iş planı müzakirə olunub.

Müzakirələrdə çıxış edən komitə üzvləri 2019-cu ilin yaz sessiyasında baxılması nəzərdə tutulan məsələlər barədə fikirlərini bildirib, bir sıra təkliflər səsləndiriblər. Sonra komitənin iş planı təsdiqlənib.

Daha sonra gündəlikdəki digər məsələlərə baxılıb.

İclasda Əmək Məcəlləsində və Cəzaların İcrası Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri birinci oxunuşda müzakirə olunub.

Cəzaların İcrası Məcəlləsinin 90-cı maddəsi isə yeni redaksiyada verilir.

Sonra “Çernobıl qəzasının ləğvində iştirak etmiş və həmin qəza nəticəsində zərər çəkmiş vətəndaşların statusu və sosial müdafiəsi haqqında”, “Dövlət sosial sığorta sistemində fərdi uçot haqqında”, “Penitensiar müəssisələrdə cəza çəkməkdən azad edilmiş şəxslərin sosial adaptasiyası haqqında”, “Sosial sığorta haqqında”, “Ünvanlı dövlət sosial yardımı haqqında”, “Sosial müavinətlər haqqında” və “Əmək pensiyaları haqqında”, “İşsizlikdən sığorta haqqında”, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” və “Məşğulluq haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihələrinə baxılıb.

Müzakirə olunan qanun layihələri baxılması üçün Milli Məclisin plenar iclasına tövsiyə olunub.