Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin iclası keçirilib


Baxıldı : 147

Tarix : 2019-01-21 05:29:54


Yanvarın 17-də Milli Məclisin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin yaz sessiyasında ilk iclası keçirilib.

Milli Məclis sədrinin birinci müavini, komitənin sədri Ziyafət Əsgərov gündəlikdəki məsələlər barədə məlumat verib. Bildirilib ki, gündəliyə “Hərbi vəzifə və hərbi xidmət haqqında” Qanunda, Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsi”ndə, “Azərbaycan Respublikasının “Sərhəddə fərqlənməyə görə” medalının Əsasnaməsinin və təsvirinin təsdiq edilməsi haqqında”, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri nizamnaməsinin təsdiq edilməsi haqqında”, “Əhalinin sağlamlığının qorunması haqqında”, “Hərbi xidmət keçmə haqqında” Əsasnamənin təsdiq edilməsi barədə”, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında”, “Azərbaycan Respublikasında dövlət dili haqqında” qanunlarda və Seçki Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihələri daxildir.

Nəzərə çatdırılıb ki, dəyişikliklər və əlavələr uyğunlaşma xarakterlidir.

Deputatlar qanun layihələrini Milli Məclisin plenar    iclasına tövsiyə ediblər.