Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası


Baxıldı : 128

Tarix : 2018-06-30 04:07:00


İyunun 29-da Milli Məclisin növbədənkənar sessiyasının sonuncu plenar iclası keçirilib. İclası açan Milli Məclisin sədri Oqtay Əsədov gündəliyi təqdim edib. İclasın gündəliyinə 39 məsələ daxildir.

İclasda “Polis haqqında”, “İnformasiya əldə etmək haqqında”, “İcarə haqqında”, “İcra məmurları haqqında”, “Hərbi vəzifə və hərbi xidmət haqqında”, “Dövlət qulluğu haqqında”, “Siyasi partiyalar haqqında”, “Feldyeger rabitəsi haqqında”, “Yol hərəkəti haqqında”, “İcra haqqında”, “Məhkəmə-Hüquq Şurası haqqında”, “Büdcə sistemi haqqında”, “Notariat haqqında”, “Dövlət rüsumu haqqında” qanunlara dəyişikliklər edilməsi barədə qanun layihələri müzakirə edilib. Eyni zamanda Cinayət, İnzibati Xətalar, Cinayət Prosessual, İnzibati Prosessual, Cəzaların İcrası, Mülki, Vergi məcəllələrinə edilən dəyişikliklər nəzərdən keçirilib.

İclasda “Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi də müzakirəyə çıxarılıb. Bundan başqa, deputatlar yeni hazırlanan “Məşğulluq haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikasında dövlət daktikloskopik və genom qeydiyyatı haqqında” (üçüncü oxunuş), “Azərbaycan Respublikası Hesablama Palatası haqqında” (üçüncü oxunuş) qanun layihələrini də müzakirə ediblər.

Plenar iclasda millət vəkilləri digər qanun layihələrinə də münasibət bildiriblər. Bununla da sessiya ötən gün keçirilən ikinci iclasla işini yekunlaşdırıb.