Milli oyunların təbliği


Baxıldı : 41

Tarix : 2018-11-03 04:56:27


Kənd Təsərrüfatı, Gənclər və İdman nazirlikləri, “Kənd-Qida-İş”  Həmkarlar İttifaqı Federasiyası, Azərbaycan Həmkarlar İttifaqları İdman Təşkilatları İctimai Birliyi və “Məhsul”  Kənd Könüllü Həmkarlar Kooperativ İdman Cəmiyyəti Respublika Şurasının birgə qərarı ilə kənd idmançılarının milli oyunlar üzrə ənənəvi Spartakiadası keçirilib. 18 Oktyabr-Dövlət Müstəqilliyi Gününə həsr edilmiş  XXVIII Respublika Spartakiadası oktyabrın 19-21-də Sabirabad Olimpiya İdman Kompleksində baş tutub. Spartakiadanın proqramına 9 idman növü daxil olub. Yarışlarda 17 rayondan 316 nəfər iştirak edib. Spartakiadanın yekun nəticəsinə görə Şamaxı  rayonunun komandası fəxri kürsünün birinci pilləsinə sahib olub. Cəlilabad   rayonu II, Sabirabad    rayonu III , Beyləqan   rayonu IV, Masallı  rayonu  V yeri tutub.

Yarışın sonunda fərqlənən idmançılar diplom və hədiyyələrlə təltif ediliblər.

Azər MUSTAFAYEV