Milli saziş bağlanılmalıdır


Baxıldı : 254

Tarix : 2015-02-07 13:46:00


Polad Sənayesi İşçiləri Birliyinin (USW) çağırışı ilə fevralın 1-də Amerikanın 9 neft emalı zavodunun 4 min işçisi kütləvi etiraz aksiyasına çıxıb. Etirazçılar işəgötürənlərdən milli sazişin bağlanılmasını tələb ediblər. Milli saziş üç illiyə bağlanılır və saat hesabı ilə işləyən 30 min əməkçinin maraqlarını müdafiə edir. Yanvarın 21-dən iri müəssisələrin rəhbərliyi ilə danışıqlara başlanılmışdır. Bu müddət ərzində həmkarlar ittifaqları işəgötürənlərin 5 təklifini qəbul etməyərək öz şərtlərini irəli sürüblər: əməkhaqqının illik artım tempinin iki dəfə yüksəldilməsi və işçilər tərəfindən sağlamlığın mühafizəsi üçün ödənişlərin azaldılması.Etiraz aksiyası, hələ ki, \ Shell\ , \ Marathon Petroleum\ , \ Tesoro\ və \ Lyondell Basell\ kimi iri neft şirkətlərinə təsir edib. Həmkarlar ittifaqlarının qeyd etdiyi kimi, elə müəssisələr seçilib ki, orada əməyin mühafizəsi, işçilərin hüquqlarının qorunması ilə bağlı problemlər var.Elçin ZAKİRİ