Millimizin heyəti açıqlanıb


Baxıldı : 209

Tarix : 2016-02-13 03:37:00


Fevralın 19-21-də Bakıda idman gimnastikası üzrə dünya \ Çelenc\ kuboku yarışları keçiriləcək. Turnirdə ölkəmizi 6 gimnast təmsil edəcək.Kişilərin yarışında \ Bakı-2015\ də 5 medala sahib olan Oleq Stepko və komanda hesabında onunla birgə bürünc mükafat qazanan Petro Paxnyuk gücünü sınayacaq. Qadın idmançılarının mübarizəsində isə dünya \ Çelenc\ kubokunun gümüş medalçısı (müxtəlif hündürlüklü qollar) Kristina Pravdina, həmçinin Marina Nekrasova, Yuliya İnşina və Mariya Smirnova komandamıza uğur qazandırmağa çalışacaq.Milli Gimnastika Arenasında keçiriləcək turnirə 19 ölkədən, ümumilikdə 146 qonaq gələcək. Yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 46 kişi və 22 qadın gimnast mübarizə aparacaq.Dünya \ Çelenc\ kuboku yarışlarının ilk iki günündə təsnifat mərhələləri, sonuncu gün ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək.Qeyd edək ki, tamaşaçıların yarışlardan zövq alması üçün müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar da planlaşdırılır.Azər MUSTAFAYEV