Millimizin uğuru


Baxıldı : 46

Tarix : 2017-10-20 17:37:43


Xorvatiyanın paytaxtı Zaqreb şəhərində gənclər arasında cüdo üzrə dünya birinciliyi keçirilib.

Ölkəmizi təmsil edən Natiq Qurbanlı (55 kq.) və Kəramət Hüseynov ( 60 kq.) finala qədər bütün rəqibləri üzərində qələbə qazanıblar. Lakin hər iki cüdoçumuz finalda uduzaraq gümüş medala sahib olublar.

Qeyd edək ki, Kəramət Hüseynov "Zenit" İdman Cəmiyyətinin yetirməsidir.

73 kq. çəki dərəcəsində ölkəmizi təmsil edən Hidayət Heydərov Yaponiya, İtaliya, Qazaxıstan, Gürcüstan və Türkiyədən olan rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə çıxıb. Azərbaycan cüdoçusuna dünya birinciliyinin qızıl medalı təqdim olunub və Zaqrebdə onun şərəfinə dövlət himnimiz səsləndirilib, üçrəngli bayrağımız qaldırılıb.

Qızların yarışında 52 kq. çəki dərəcəsində mübarizə aparan Nəzakət Əzizova isə dünya birinciliyinin bürünc medalını qazanıb. Mərakeş, İspaniya, Rumıniya, Monqolustan cüdoçularına qalib gələn Nəzakət yalnız yapon rəqibinə uduzaraq 3-cü yeri tutub.

 Azər MUSTAFAYEV