Millimizin zəfəri


Baxıldı : 128

Tarix : 2017-04-29 00:21:02


Polşanın paytaxtı Varşavada cüdo üzrə Avropa çempionatı keçirilib. Azərbaycan milli komandası iki qızıl, üç bürünc medal qazanaraq qitə çempionatını (kişilər arasında fərdi yarışları) ikinci yerdə başa vurub. Qeyd edək ki, cüdoçularımızdan Hidayət Heydərov (73 kq.) və Elxan Məmmədov (100 kq.) qızıl, Orxan Səfərov (60 kq.), Nicat Şıxəlizadə (66 kq.) və Rüstəm Orucov (73 kq.) bürünc medala sahib olublar.

Orxan Səfərov və Rüstəm Orucov "Atilla" İdman Klubunun yetirmələridir.

 

Azər Mustafayev